Əhali ən çox nəyə pul xərcləyir? – Deputat AÇIQLADI
Bu ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub.
Bununla bağlı açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, qeyd edilən dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər malların alınmasına sərf olunub:
“Xərcləmələrin strukturunda diqqəti çəkən məqam içkilər və tütün məmulatların alınmasına yönəldilən vəsaitin həcmidir. İlk 2 ayda vətəndaşlar bu məqsədlə 440.4 milyon manat xərcləyiblər. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içki və tütün məmulatlarının alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir”.
Millət vəkilinin sözlərinə görə, 2024-cü ilin ilk 2 ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib:
“Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay 4 dəfə çox pul xərclənir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay