BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
45322

Azərbaycanda 2018-ci ilədək "işsizlik müavinəti" adı altında əmək müqaviləsinə xitam verilmiş şəxslərə müəyyən ödənişlər olunub. İndi bu ödənişin adında da, təyinat qaydalarında da dəyişiklik var.

Belə ki, 2018-ci ildən bəri işsizlik müavinətini işsizlikdən sığorta ödənişi anlayışı əvəz edib.

Bəs, bu nədir, kimlərə və hansı meyarlar əsasında verilir? - səkkiz suala cavabda oxuyun.

1. İşsizlikdən sığorta ödənişi nədir?

Dövlət Məşğulluq Agentliyinin mütəxəssisi Eldar Əliyev deyir ki, işsizlikdən sığorta hər hansı riskin sığortalanması deməkdir.

"İşləyən şəxsin əmək müqaviləsinə özündən asılı olmayan səbəblərə görə xitam verilirsə, yəni, şəxs işdən azad olunursa, indi ona işsizlikdən sığorta ödənişi təyin olunur", - o deyir.

Eldar Əliyev deyir ki, 2018-ci ildən tətbiq olunan "sığorta ödənişi sırf sığortaya əsaslanmış sistem"dir.

2. İşsizlikdən sığorta məbləği necə təyin olunur?

"İşsizlikdən sığorta haqqında" Qanuna əsasən, əgər şəxs əmək müqaviləsinə xitam verilənədək ardıcıl 12 ay sığorta stajına malik olubsa, itirdiyi orta aylıq əmək haqqının 50 faizi məbləğində işsizlikdən sığorta ala bilər.

Bunu misalla izah edək. Əgər şəxsin itirilmiş orta aylıq əmək haqqı 1000 manatdırsa və həmin şəxs işinə xitam verilənədək 12 ay ardıcıl işləyibsə, o zaman həmin şəxsə 500 manat məbləğində işsizlikdən sığorta ödənişi verilir.

Əgər şəxsin əmək müqaviləsinə xitam verildiyi günədək sığorta stajı 12 aydan azdırsa, o zaman həmin şəxsə minimum əməkhaqqı, yəni, 345 manat məbləğində işsizlikdən sığorta alır.

Mütəxəssis Eldar Əliyev deyir ki, şəxs işdən azad olunduqdan dərhal sonra istənilən vaxt ərzində işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər.

Burada yeganə şərt odur ki, sonuncu əmək müqaviləsi üzrə sığorta hadisəsi baş versin, yəni sığorta verilməsi üçün əsas yaransın.

Yəni, şəxs bir yerdə 12 aydan artıq işləyib. Sonra işdən ayrılıb. Daha sonra başqa bir işə qəbul olub, bir-iki ay sonra bu iş yerindən də çıxmalı olub. O zaman həmin şəxsə sığorta ödənişi son iş yerinə əsasən təyin olunacaq.

Bu halda, işçinin işini itirməsindən neçə müddət sonra işsizlikdən sığorta üçün müraciət etməsi əhəmiyyət kəsb etmir.

3. İşsizlikdən sığorta ödənişini kimlər ala bilər?

"İşsizlikdən sığorta haqqında" Qanun qəbul olunanda hüquqi şəxsin ləğvi və ya dövlət orqanının ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər, eləcə də ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilmiş şəxslər bu hüquqa malik olublar.

2023-cü ilin dekabrında Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş və bu ilin yanvarın 1-dən qüvvəyə minmiş qanun layihəsiylə daha üç yeni maddə sığorta hadisəsi kimi nəzərə alınacaq.

Beləliklə,

  • Müəssisənin mülkiyyətçisinin dəyişməsinə görə işini itirmiş şəxslərin;
  • Həqiqi hərbi xidmətdən geri qayıtmış şəxsin işə bərpası ilə əlaqədar (onun yerində işləyən əməkdaş işini itirirsə), onun yerində çalışmış şəxslərin;
  • Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxslərin köhnə iş yerinə bərpası ilə əlaqədar iş yerini itirmiş şəxslərin işsizlikdən sığorta ödənişi almaq imkanı tanınır.

Bundan başqa, 2023-cü ildən müddətli əmək müqaviləsi üzrə işinə son verilmiş şəxslərə işsizlikdən sığorta ödənişinin verilməsi üçün tələb olunan vaxt da azaldılıb. Beləliklə, bu şəxslərdən tələb olunan iş stajı 6 ay azaldılaraq 24 aya endirilib.

4. İşsizlikdən sığorta neçə günə verilir?

Hazırda işdən özündən asılı olmayan səbəblərə görə azad olunan hər hansı şəxs müraciət etdiyi təqdirdə, ona növbəti ayın 1-dən işsizlik sığortası hesablanır.

2018-ci ilədək işsiz statusu almış şəxslər isə işsizlik müavinəti almaq üçün üç ay gözləməli idilər.

5. İşsizlikdən sığorta məbləği nə qədərdir?

Azərbaycanda işsizlikdən sığorta məbləği əməkhaqqına və iş təcrübəsinə görə dəyişir.

İşsizlikdən sığorta ödənişi üzrə minimum ödəniş ölkə üzrə qəbul olunmuş minimum əməkhaqqına bərabərdir: 345 manat.

Dövlət Məşğulluq Agentliyinin işsizlikdən sığorta şöbəsinin müdiri Eldar Əliyev deyir ki, "şəxs bu gün işləyirsə və ondan asılı olmayan səbəbdən işini itirirsə, bu halda Məşğulluq Agentliyi dövrəyə girir və şəxsə itirilmiş əməkhaqqının, yəni, şəxsin orta aylıq əmək haqqının 50 faizi məbləğində, yaxud da minimum sığorta ödənişi məbləğində təyinat aparılır".

6. Uşağı olan şəxslər üçün işsizlikdən sığorta ödənişinin məbləğində fərq varmı?

Uşağı olan şəxslərlə də bağlı vəziyyət dəyişib. İndi işsizlikdən sığorta ödənişi alanlar həmin ödənişə ailədəki hər uşağa görə 5 faiz olmaqla əlavə vəsait ala bilərlər.

Buradakı dəyişiklik ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi verilərkən, uşaqların sayına qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bundan əvvəl işsizlikdən sığorta ödənişi almış şəxslərin hər uşağa görə 5 faiz də əlavə almaq hüququ olub.

Lakin şəxslər sığorta ödənişini ən çoxu dörd uşağa görə, (hər uşağa beş faiz olmaqla 20 faiz-red.) ala bilərdilər.

7. Şəxs işsizlikdən sığortanı neçə müddət ala bilər?

İlkin təyinat zamanı şəxs 6 ay işsizlikdən sığorta ödənişi ala bilər.

Eldar Əliyev vurğulayır ki, 6 aydan sonra şəxs hər hansı səbəbdən iş tapa, münasib işlə təmin oluna bilməyibsə, təkrar sığorta prizmasından yanaşılaraq, ona 3 ay müddətinə minimum sığorta məbləğində işsizlikdən sığorta təyin olunur.

"Ümumiyyətlə, bir nəfər 24 ay ərzində 9 aydan artıq sığorta ödənişi ala bilməz", - o vurğulayır.

Mütəxəssis deyir ki, şəxs yenidən sığorta ödənişi almaq istəyirsə, qanunla hər maddəyə görə, tələb olunan sığorta stajını yenidən doldurduqdan sonra müraciət edib, yenidən işsizlikdən sığorta ala bilər.

Yəni, bir şəxs işsizliyə görə ən çoxu 6+3 ay sığorta ödənişi ala bilər.

8. Hansı hallarda işini itirmiş şəxslər işsizlikdən sığorta ödənişi ala bilməz?

İşsizlikdən sığorta haqqında qanunda deyilir ki, şəxs qanuni olaraq, işini itirsə də işsiz kimi qeydiyyata alına bilinməlidir.

Bəs, bu, nə deməkdir?

Eldar Əliyev deyir ki, "işsiz şəxs işi və qazancı olmayan şəxs"dir.

"Əgər şəxs ixtisara düşübsə, sığorta ödənişi üçün müraciət edirsə, lakin sahibkar kimi fəaliyyət göstərirsə, yəni, adına VÖEN varsa, bu şəxs işsiz kimi qeydiyyata alına bilmir və bu şəxslərə sığorta ödənişi təyin olunmur".

Bu halda, VÖEN-i olan şəxslər yalnız onu dondurarsa, onlara işsizlikdən sığorta təyin etmək mümkündür.

Mütəxəssis deyir ki, adında torpaq payı olan şəxslərə də işsizlik sığortası təyin oluna bilmir, çünki onlar da işsiz kimi qeydə alına bilmirlər.

© BBC news

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin