BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
44791

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?

Məsələ ilə bağlı Publika.az-a danışan cərrah mammoloq-onkoloq Afət Cabbarova bildirib ki, bu gün üçün qəbul olunmuş yeganə qayda erkən müayinədir:

“Bəzi inkişaf etmiş ölkələrdə ÜST tərəfindən və protokollarda təsdiqlənən müayinələr var ki, xəstəliyi tamamilə məhv edir. Xərçəngin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən yoğun bağırsaq, süd vəzi, prostat və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur. Xərçəngin yaranmasında qidalanmanın rolu çox böyükdür. Konservləşdirilmiş qidalar, trans yağlar, heyvan mənşəli qidalar birbaşa xərçəngin inkişafında rol oynayır. Bundan başqa, genetik amillərin də payı çoxdur”.

Mütəxəssislər pestisidlərin, qida əlavələrinin, piylənmənin, hormonal məhsulların, eləcə də siqaretin qarşısının alınmasının lazım olduğunu bildirirlər. ÜST-nin hesabatında bildirilir ki, 2050-ci ilə qədər dünyada 35 milyondan çox yeni xərçəng xəstəsi olacaq.

Afət Cabbarova əlavə edib ki, ölkəmizdə skrininq proqramı (Xəstəliyi müəyyən etmək üçün kliniki simptomsuz şəxslər qruplarının ilkin müayinəsi sistemi - red.) olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur:

“Çox təəssüf ki, önləyici tədbir olaraq ölkəmizdə skrininq proqramları varsa da, rəsmi qaydada tətbiq olunduğunu görməmişəm. Ən azı ildə bir dəfə yoxlanışdan keçməliyik. Prostat xərçəngi kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir. Buna görə də 45 yaşdan sonra müayinə olunmaq lazımdır. Bağırsaq xərçəngi üçün də 45 yaşdan sonra 10 ildən bir yoxlanmaq şərtdir. Süd vəzi xərçənginə görə isə 40 yaşından etibarən yoxlanışdan keçilməlidir. Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox görülən xərçəng növüdür. Skrininqi proqramı olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur”.

ÜST-nin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin bu il açıqladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi müəyyən olunub. 9,7 milyon insan bu xəstəlikdən ölüb. 2022-ci ildə ağciyər, döş və kolorektal xərçəng növləri dünyada ən çox görülən növlər arasında olsa da, ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi halların 12,4 faizini təşkil edib. Ən çox müşahidə olunan və ən ölümcül xərçəng növü qadınlarda döş, kişilərdə isə ağciyər xərçəngi olub.

Onkoloq-cərrah İbrahim Əsədlinin sözlərinə görə, obyektiv və subyektiv olmaqla, xərçəngin artmasının iki səbəbi var:

“Obyektiv səbəb az hərəkətlilikdir, subyektiv isə beynəlxalq imperialistlərin apardığı iyrənc siyasətdir. Xərçəngin müalicəsi və səbəbi çoxdan bəllidir. 500-dən çox yoxlamadan keçirilən üsullar var. Qəsdən həmin üsulları protokollara salmırlar, imkan vermirlər ki, həkimlər öz işlərini görsünlər. Şəxsən özüm xərçəngin qarışısını almaq üçün bir neçə dəfə Səhiyyə Nazirliyinə xüsusi proqram göndərmişəm. Onlar bunun marağında olmadığını deyirlər, əlavə edirlər ki, əcnəbilər nə deyirsə, biz də onu edəcəyik”.

Tədqiqatçıların fikrincə, təxminən hər beş nəfərdən biri xərçəng xəstəliyinə tutulacaq. Təxminən hər 9 kişidən 1-i və hər 12 qadından 1-i bu xəstəlikdən ölür. Diaqnoz qoyulduqdan 5 il sonra yaşayan insanların sayının 53,5 milyon olduğu təxmin edilir.

ÜST-nin qlobal araşdırması göstərir ki, üzv ölkələrin yalnız 39%-i öz vətəndaşlarının xərçəng müalicəsi xərclərini ödəyir. Məlumata görə, ağciyər xərçəngi 2,5 milyon yeni tutulma hadisəsi ilə (ümumi xərçəngin 12,4%-i) dünyada ən çox yayılmış xərçəng növüdür. İkinci yerdə döş xərçəngi (2,3 milyon tutulma, 11,6%), kolorektal xərçəng (1,9 milyon tutulma, 9,6%), prostat xərçəngi (1,5 milyon tutulma, 7,3%) və mədə xərçəngi (970,000 tutulma, 4,9%) yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin