Sosial
13.03.2024 / 15:34
Yoldaşı vəfat edən atalar pensiyaya tez çıxacaq
44287
Yoldaşı vəfat edəndən sonra uşağına baxan ata evlənsə belə, pensiyaya tez çıxacaq.
Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi, uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.
© Qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay