BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
43607

Dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də bəzi özəl şirkətlərdə işləyən qadınlar hamiləlik və ya  yenidoğum vaxtı ayrı seçkiliklə qarşılanır. 

Bir çox yerlərdə onlar əmək müqaviləsinin yenilənməyəcəyi ilə təhdid edilərək zamanından tez işə qayıtmağa məcbur edilir və ya daha gec analıq məzuniyyətinə göndərilir.

Bəs bununla bağlı Azərbaycan Respublikasının qanunları nə deyir?

Valyuta.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir Bundan əlavə əmək müqaviləsi bağlanarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti tətbiq edilmir .

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərini işə götürməkdən imtina olunan hallara şamil olunmur.

İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan qadınların işdə saxlanılmasına üstünlük verilir.

İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan və yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 

İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb və hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Qanunun digər maddəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. 

Bundan əlavə gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.

Yaş yarıma çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi  üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir – bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir.

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara,16 yaşınadək uşaqları təkbaşına böyüdən valideyə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə) əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İtmiş telefonla başlayan eşq: Azərbaycanlı Leyla ilə avstriyalı kürəkən Berndin hekayəsi

İtmiş telefonla başlayan eşq: Azərbaycanlı Leyla ilə avstriyalı kürəkən Berndin hekayəsi

G20-də kapitallaşması milli ÜDM-i keçən yeganə şirkət açıqlandı

Günlük villa kirayələrinə maraq artıb: Səbəb nədir?

Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb

Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? (VİDEO)

Türkiyə kriptovalyuta bazarının tənzimlənməsinə başlayır

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

“Lamborghini” mühərriklərin səsləri yazılmış aksesuar təqdim etdi - FOTO

Rusiyada ən çox satılan minik avtomobillərinin adları açıqlandı

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib

Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb

Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq

Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir

Alibaba GPT-4 analoqunu təqdim edib

3 şəhərin baş planı hazırlanır  - 1,6 milyon ayrıldı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: "Afterşoklar ola bilər"

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb? - İlk "beşlik"dəyik

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

Nazirdən yeni təyinat

Rusiya məşhur azərbaycanlı reperi borca görə axtarışa verdi

DYP sürücülərə müraciət etdi

Köhnələn avtomobil parkını necə yeniləməlidir?

Bu ölkə 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

Milyarderlərin ən çox olduğu 10 şəhər

Sabahın hava proqnozu

Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım ayrılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin