09.02.2024 / 14:40
Pensiyalar artımlarla birgə verildi
42000
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə fevral ayının pensiya ödənişi həyata keçirilib.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən xəbərə görə, pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib.
Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödənilib.
Bildirilib ki, gələn həftə ərzində ölkəmizin digər bölgələri üzrə fevral ayının pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya təyin olunmuş şəxslərin bu ay üzrə pensiyaları da artırılmış məbləğlə və yanvar ayının artımı da həmin məbləğə əlavə olunmaqla ödəniləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay