BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
41630

2023-cü ildə agentlik tərəfindən 41 538 gənc münasib işlərlə təmin edilib.

Valyuta.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub, əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib. 

Bildirilib ki, son bir ildə “Səyyar kofe evləri” layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb. 

Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı  isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları barədə məlumatılığının artırılmasında önəmli rol oynayıb.

Son illərdə gənclərlə bağlı icra olunan məşğulluq layihələrinin davamı olaraq hazırda “İrəliləyiş” layihəsi də icra olunur. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub. 

Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının əsas hədəflərindən biri də gənclərin məşğulluq imkanlarının artırılmasıdır.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin