“Azəriqaz”ın qaynar xəttinə niyə düşmək olmur? - Qurumdan CAVAB
Yasamal rayon sakinləri üzləşdikləri qaz problemi ilə bağlı qurumun qaynar xəttinə düşə bilmədiklərini deyirlər.
Bu barədə Yasamal rayon sakinləri Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıblar.
Sakinlər bildirirlər ki, qaynar xəttə zəng edirsən, sırada 30-cu olduğunu bildirirlər:
“Günün sonuna qədər isə növbənin çatıb-çatmayacağı məlum deyil”.
“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun qaynar xəttinə qəza ilə əlaqədar çoxsaylı zənglər gəlir:
“Azəriqaz” İstehsalat Birliyinin “104” və “185” Çağrı Mərkəzləri sutkanın müxtəlif vaxtlarında abonentlərin xidmətindədir. Bütün zəngləri qəbul edirlər. Növbədə 30-cu adam olması normaldır. Xətt yüklənir. Qış aylarında qaza tələbat artır. Buna görə də gələn zənglər də çoxalır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay