BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40641

Çox vaxt insanlar topladıqları pensiya kapitalını birdəfəyə əldə etmək arzusunda olurlar. Elə hesab edən vətəndaşlar var ki, bu vəsait onlara aid olduğundan pulu hissələrlə deyil, tam şəkildə götürməlidirlər. Çünki bir çox hallarda insan ömrünün müddəti pensiya kapitalından tam yararlanmağa imkan vermir. Lakin qanunvericilik pensiya kapitalından pensiya yaşına çatdıqdan sonra 12 il ərzində əldə etməyi nəzərdə tutur. Başqa sözlə, pensiya kapitalı 144 aya bölünərək aylıq pensiya şəklində ödənilir. İlbəil isə aylıq pensiya məbləği orta aylıq əməkhaqqının illik artımına uyğun artırılır. 

Valyuta.az-ın məlumatına görə, bununla belə, gələcəkdə pensiya kapitalını birdəfəyə götürmək mümkün ola bilər. Ancaq bu, özəl pensiya fondlarında toplanılan vəsaitlərə aid olacaq. Daha dəqiq desək, vətəndaşlar əməkhaqlarından məcburi dövlət sosial haqqı ilə yanaşı, özəl pensiya fonduna da vəsait ödəməklə özlərinə əlavə pensiya təminatı yarada biləcəklər. Hazırda işləyənlərin məcburi dövlət sosial haqları əməkhaqqının 25 faizi həcmindədir. Onun bir hissəsini işləyən, digərini işəgötürən ödəyir. Dövlət sektorunda işləyənlər əməkhaqqının 3 faizi, özəl sektordakılar 10 faizi (200 manatadək hissəsinin 3 faizi) həcmində sosial sığorta haqqı ödəyir. Vətəndaş özəl pensiya da almaq istəyirsə, əlavə ödəniş etməli olacaq. Bununla belə, dünya təcrübəsində özəl pensiya üçün fonda ödənişin işəgötürən tərəfindən edildiyi hallar da mövcuddur.       

Pensiya yaşına çatdıqda, vətəndaşlar dövlət sosial haqqı hesabına toplanan pensiya kapitalını hissələrlə almalarına baxmayaraq, özəl fonddakı vəsaiti hissələrlə yanaşı, birdəfəlik də ala bilərlər.  

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov jurnalistlərə bildirib ki, məcburi dövlət sosial haqqı adından da göründüyü kimi, məcburidir. Özəl pensiya fonduna ödəniş isə könüllü olacaq. Fondla bağlı normativ baza yaradılıb və layihələr hazırlanıb. Sənəd razılaşma mərhələsindədir.

R. Həsənov vurğulayır ki, bu mənada çox az bir qisim sosial qrup özəl pensiya fondlarında vəsait yerləşdirə bilər. Lakin bir məsələni qeyd etmək lazımdır ki, özəl pensiya fondlarında olan vəsaitlər müəyyən bir səviyyəyə qədər artdıqdan sonra belə qurumlar mənfəətlə işləyə bilərlər. Bu səviyyəyə çatmaq üçün belə fondlara qeyd edilənlərin əksi olaraq böyük vəsaitlər cəlb edilməlidir. Məsələnin başqa tərəfi isə ölkədə qiymətli kağızlar bazarının inkişaf etməməsidir. Söhbət ondan gedir ki, fondların əhalidən topladığı vəsait qiymətli kağızlara yatırılmaqla gəlir əldə olunmalıdır”.      

Görünən odur ki, bu şərtlər daxilində özəl pensiya fondunun yaradılması asan deyil. Lakin bu barədə daha ətraflı fikir yürütmək qanunun qəbulundan sonra mümkündür.  

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin