BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40487

"Təxminən əlavə olaraq 690 milyon manat çox sosial xərclər üçün mənbə formalaşdırılıb ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbədir. Hazırda əsas artım istiqaməti pensiyalarla bağlıdır ki, yaxın günlərdə öz həllini tapacaqdır".

Bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dövlət və icmal büdcələri ötən ay Milli Məclis və dövlət başçısı tərəfindən təsdiq olundu:

"Büdcənin xərc istiqamətləri müəyyən edildi, əsas xərc hədəfləri post-münaqişə dövrünün əsas çağırışları olan işğaldan azad edilmiş ərazilərdə 3 ildir ki, aparılan fasiləsiz bərpa-yenidənqurma işlərinin daha da sürətləndirilməsi, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturlarının yaradılmasına yönəldilib.

Eləcə də, ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nümunəvi ordu birləşmələrinin yaradılması büdcə siyasətinin əsas prioritetləri kimi müəyyən olunub. Bununla yanaşı, büdcədə sosial müdafiə və təminat xərcləri artırlıb".

Millət vəkilinin sözlərinə görə, bu il minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşə bilər:

"İnflyasiya artdığı halda həmin xərclərin artması da istisna deyil. Ancaq hazırda inflyasiya birrəqəmli həddə düşüb, 9 faizdən də aşağıdır. Ona görə də, inflyasiyanın birrəqmli həddə düşməsi sosial və əmək haqqı xərclərində ciddi artımlara ehtiyac yaratmayacaq. Yeri gəlmişkən, minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb".

A.Hüseynov həmçinin deyib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, laqiyli və keyfiyyətli həyta şəraitinin təmin edilməsi dayanır: 

"Cənab Prezident sosial sahədə davamlı addımlar atır və son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib.

Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb.

2024-cü ildə “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Yəni, Cənab Prezident sosial sahəyə xüsusi diqqət ayırır və ölkəmizin maliyyə imkanları artdıqca bu sahədə əlavə artımların olması istisna deyil".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin