Vətəndaşların deaktiv edilmiş şəxsiyyət vəsiqələrinin taleyi necə olacaq?
Qeydiyyatsız evlərdə yaşayan vətəndaşların deaktiv edilmiş şəxsiyyət vəsiqələrinin taleyi necə olacaq? Məsələn, mənim qeydiyyatım polisdə idi, yarım milyon şəxs kimi bizi də oradan qeydiyyatdan çıxarıblar. Vəsiqələrimiz də deaktiv olunub, iş yerimdən sığorta olunmam üçün vəsiqə lazımdır. Nə etməliyəm?
Bu problemlə bağlı Valyuta.az-a vətəndaş müraciət edib.
Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyevin fikirlərini öyrəndik. R.Əliyev bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün mütləq onların hər hansı bir ünvanda qeydiyyatı olmaldır: "Əgər, əvvəl qeydiyyatı olduqları ünvandan çıxarılıbsa, bu halda yeni bir ünvana qeydiyyata düşməlidirlər. Belə bir ünvan yoxdursa, bu halda ərazi üzrə Rayon Polis İdarəsinə qeydiyyata düşmək üçün müraciət etmək lazımdır. Yaşayış yeri üzrə qeydiyyata alınması mümkün deyilsə, bu halda polis idarəsinin inzibati binasında qeydiyyata alınması mümkündür. Polis tərəfindən müsbət cavab verilməzsə və ya imtina olunarsa, vətəndaşın həmin qərardan inzibati məhkəməyə müraciət etmək hüququ var".
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay