Sosial
29.08.2023 / 18:53
Dövlət Əmək Müfəttişliyi məhkəməyə niyə verilib?
32108
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, dövlət qurumunu məhkəməyə verən tərəf isə Salmanov Rəşad Namiq oğludur.
R.Salamanov məhkəmədən barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati qərarı ləğv edilməsini tələb edir.
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti R.Salmanovu İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə) ilə təqsirli bilərək, 1500 manat məbləğində inzibati qaydada cərimə edib.
İşə Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay