Sosial
08.08.2023 / 16:13
"İş saatından əlavə işləyənlər kompensasiya tələb etməlidir” - Ekspert
31225
“Bütün dünyada olduğu kimi Azərbaycanda da əmək qanunvericiliyi qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, iş 8 saat olmalıdır".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadi ekspert Cəfər İbrahimli deyib. Ekspert bildirib ki, 8 saatdan əlavə kimsə işləyirsə, hansısa işə cəlb olunursa, əlavə iş yükü varsa, buna görə onlara kompensasiya hesablanmalıdır:
“Bundan sonra həmin məbləğ vətəndaşa ödənilməlidir. Son illərdə bu məsələ xeyli şəffaflaşıb və pensiya təminatının yaxşılaşdırılması baxımından çoxlu dəyişiklik edilib”.
Ekspert 10 il əvvəl bu sahədə problemlərin olduğunu xatırladıb:
“İndi qanun şəffafdır. Azərbaycanda kimlərsə iş saatından əlavə işləyirsə, kompensasiya tələb etməlidir”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay