BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
30995

“Hazırda Azərbaycan hökumətinin işsizliklə mübarizə strategiyası dövlət şirkətlərində ştat nominklaturasının sayının artırılması ilə gedir”. 

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli “işsizliklə mübarizə aparmaq üçün hansı tədbirlər görülməlidir” sualına cavab verərkən deyib. 

İqtisadçı qeyd edib ki, bu gün Azərbaycanda təxminən 2 milyona yaxın insan dövlət şirkətlərində çalışır. Amma insanları dövlət şirkətlərinə cəlb etməklə işsizliyi aradan qaldırmaq məhdud üsuldur:

"Bu yolla işsizliyə qarşı mübarizə aparmaq düzgün deyil. Bu büdcə vəsaitlərinin lazım olmayan yerə xərclənməsidir. Dövlət şirkətlərində təkrar və paralel vəzifələr üzrə ştatlar yaradılıb. Bu yolla işsizliyin aradan qaldırılması büdcənin imkanları ilə məhdudlaşır. Dövlət büdcəsi nə qədər imkan verirsə, o qədər işçi cəlb etmək olur”. 

Akif Nəsirli işsizliyin aradan qaldırlması ilə bağlı bir neçə təklif sadalayıb:

"Təklif edirəm ki, Azərbaycan hökuməti ilk növbədə sahibkarlığa, özəl sektorun inkişafına münbit şərait yaratmalıdır. Bunun üçün ölkədə inhisarçılığın miqyası müəyyən edilməlidir. Hökumət inhisarçılığa qarşı mübarizə aparmalıdır. Dövlət şirkətlərinin 90-95 faizi özəlləşdirilərək, özəl sektor kimi fəaliyyət göstərməlidir ki, hökumətin yükü azaldılsın, yalnız idarəetmə ilə məşğul ola bilsin. Hökumət iqtisadiyyatla məşğul olmalı deyil, iqtisadiyyatı özəl sektora verməlidir. Yəni ilk növbədə hökumətin inhisarçılığı aradan qaldırılmalı, daha sonra inhisarçılığa qarşı mübarizə aparmalı və bu həddi minimum səviyyəyə gətirməlidir. Belə olan halda ölkədə rəqabətli mühit yaranacaq. Rəqabətli mühit isə sahibkarlığın inkişafının əsas şərtlərindən biridir”. 

Akif Nəsirli bildirib ki, növbəti addım kimi qanunun aliliyi təmin olunmalı, vətəndaşların mülkiyyət huququna zəmanət verilməlidir: 

“Hər bir şəxs bilməlidir ki, qanun hamı üçündür. Məhkəmələr müstəqil olmalıdır. Vətəndaşlar məhkəmələrin hər zaman ədaləti bərpa edəcəyinə inanmalıdır. Ölkənin bütün sahəsində şəffaflıq, hesabatlılıq, dürüstlük təmin olunmalıdır. Yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən sahibkarlığın inkişaf yolunda olan bütün maneələr aradan qaldırılmalıdır. Belə olan halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar çoxalacaq, istehsal, milli gəlir artacaq. Bununla yanaşı, həmin artımlar da iş yerlərinin artmasına gətirib çıxaracaq. Əmək bazarının yenidən formalaşmasına səbəb olacaq. Azərbaycanda rəqabətli əmək bazarı formalaşacaq. İşsizliyin də qarşısını əsasən bu əmək bazarı olacaq və işsizlik azalacaq”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Türkiyənin serial biznesi - Yarım milyard dollarlıq gəlir

Xəzərin Azərbaycan hissəsindəki sirli ada - Dünya ondan danışır

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? (VİDEO)

Öz kriptovalyutasını təqdim etdikdən sonra Trampın artan sərvəti

Sabah yağış yağacaq

Yolda xarab olur, enerjisi bitir: Yeni elektrik avtobuslarının problemi nədir? (VİDEO)

Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Çıxarışsız evlərin sığorta problemi necə həll ediləcək? (VİDEO)

Dağlıq rayonlarda qar yağıb - Faktiki hava

Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? (Video)

20 Yanvar günü ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq - SİYAHI

GMO-lu qidalara necə nəzarət olunmalıdır?

"TikTok" ABŞ-də fəaliyyətini dayandırıb

2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri - SƏHƏR OXUSU

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin