Özəl pensiya fondları yaradılır: Şərtlər necə tənzimlənəcək?
“Əgər beynəlxalq aləmdə qəbul olunmuş normalara uyğun pensiya fondları yaradılsa, bu vətəndaşların xeyrinə olacaq”.
Bu sözləri Valyuta.az-aiqtisadçı Natiq Cəfərli ölkədə yaradılacaq özəl pensiya fondlarının fəaliyyəti haqqında danışarkən deyib.
İqtisadçı bildirib ki, ölkə olaraq bu qanun layihəsini qəbul etməkdə gecikmişik:
“Bir çox ölkələrdə artıq çoxdan özəl təqaüd fondları fəaliyyət göstərir. Hətta keçmiş post-sovet ölkələrində də belə fondlar var. Azərbaycanda bu fondların müzakirəsi çoxdan gedirdi. İndi qanun layihəsi hansı müddəalardan ibarət olacaq, dövlət zəmanəti nədən ibarət olacaq, qanunla vətəndaşların hüquqlarının qorunması və seçim imkanı hansı səviyyədə olacaq kimi məsələlər artıq qanun layihəsinin müzakirəsi zamanı suallar yaradacaq. Və bu suallara cavab tapmaq lazımdır”.
Natiq Cəfərlinin sözlərinə görə, özəl pensiya fondların yaradılması faktiki olaraq ölkədə digər iqtisadi alətlərə də təsir göstərə bilər:
“Çünki onlar topladığı vəsaitləri müəyyən investisiyalara yatırırlar və əlavə vəsait qazanırlar. Bu zaman əlavə iş yerləri, əlavə iqtisadi imkanlar da yaradılır. Bu fondlar qaydalara uyğun fəaliyyət göstərərsə, hamımızın xeyrinə olacaq”.
Ekspert qeyd edib ki, özəl fondlar yaranarsa, onlarla müqavilələr fərdi qaydada bağlanacaq:
“Şərtlər, hətta ödənişlərin həcmi belə fərdi qaydada tənzimlənməlidir. İndi bizim heç bir seçim imkanımız yoxdur, amma fondlar yaranarsa, seçim imkanımız olacaq. İndi icbari qayda Dövlət Təqaüdləri Sığorta Fondu ilə onlarla müqavilə bağlayırıq”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay