Sosial
11.01.2023 / 16:24
Pensiya və maaşlar nə qədər artacaq? - Komitə sədri rəqəmləri açıqladı
26166
"Pensiya və maaşlardakı artım hamıya şamil ediləcək. Pensiyaların minimum həddinin 280 manata qaldırılması 100 min nəfərin pensiyasına öz təsirini göstərəcək".
Bu sözləri İTV-yə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
O əlavə edib ki, ötən il 400 AZN alan şəxs, bu il 478 manat pensiya alacaq: "Bu il ərzində pensiyaların bütün növlərinin artımı gözlənilir.
Eyni zamanda maaşlarda da artımlar olacaq. Maaşların hər birində 15 faiz artım gözləyirik. Məsələn, 400 manat maaş alanlarda 470 manat civarında artım olacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay