BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
25689

"Hazırkı göstəriciləri nəzərə alsaq, minimum əmək haqqı 500 manat artırılmalıdır. Bu vəziyyət 400 mindən artıq minimum əmək haqqı ilə özəl sektorda çalışan, 450-500 min isə dövlət sektorunda çalışan şəxslərin maaşlarının atırılmasına gətirib çıxara bilər".

Bunu iqtisadçı ekspert Rəşad Həsənov BAKU.WS-ə açıqlamasında bildirib.

O əlavə edib ki, insanların ailə büdcəsinə əsas təsir edən faktor inflyasiyadır. Qısa müddətli dövrdə xərclərin strukturunun dəyişməsindən deyil, qiymətlərin artmasından narahatlıq keçiririk. Bu isə inflyasiyanın özünü sərt formada göstərməsidir:

"Nəzər almaq lazımdır ki, muzdlu çalışan əhali ən yaxşı halda 5-ci desilə (red - gəlirlərin diferensiasiya göstəricisi. Əhalinin ən yüksək təminatlı 10%-nin gəlirləri ilə ən aztəminatlı 10%-nin gəlirləri arasındakı münasibətlə müqayisə ilə ifadə edilir) qədər gəliri olan əhalidir. Bu insanların xərclərində ərzaq məhsullarının payı daha çoxdur. Ailə büdcəsinin strukturunda ərzaq məhsullarının payının daha çox olması isə o deməkdir ki, mövcud inflyasiya təzyiqi müvafiq sosial qruplara daha sərt formada təsir göstərir.

Çünki gündəlik tələbat məhsulları daha yüksək bahalaşır və insanlar da bunu istehlak edir. İndiki şərtlər daxilində təqribi rəqəmlər qeyd etsəm deyə bilərəm ki, muzdlu gəlirlə çalışanlar, sosial təqaüd və müavinət alanların minimum 20-25 faiz gəlirləri artırılmalıdır. Bunu həm özəl, həm də dövlət sektoruna aid etmək olar".

Ekspert hesab edir ki, hazırda əmək bazarında əsas iş verən dövlət sektoru olduğu üçün özəl sektor bu prosesi izləyir: "Azərbaycanda əmək bazarında rəqabət dövlət və özəl sektor arasında gedir, amma əsas işi götürən dövlətdir. Əmək bazarında 55-60 faiz iş dövlətin payına düşür. Dövlət əmək haqqının, müavinət və təqaüdlərin artımı il bağlı bir qərar qəbul edəcəksə, 2023-cü ilin ortalarından etibarən özəl sektora da transformasiya olunacaq.

Azərbaycan hökumətinin strategiyada qarşıya qoyduğu hədəf minimum əmək haqqını 60 faizə çatdırmaqdır. Hazırki göstəriciləri nəzərə alsaq minimum əmək haqqı 500 manat artırılmalıdır. Bu o deməkdir ki, minimum əmək haqqı 66-67 faiz artırılmalıdır. Bu, öz növbəsində təxminən 400 mindən artıq minimum əmək haqqı ilə özəl sektorda çalışan maaşlarının artırılmasına, 450-500 min isə dövlət sektorunda çalışan şəxslərin maaşlarının atırılmasına gətirib çıxara bilər".

İstehlak səbəti ilə yola çıxmış olsaq, mövcud qiymətlərlə hesabalamalar aparsaq, təxminən 350-400 manat hər bir ailə üzvünə vəsait daxil olmalıdır ki, minimum və orta səviyyədə qidalanma, təhsil, geyim, səhiyyə xərclər qarşılanmış olsun".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı banklarda aktiv təcrübə proqramları var?

Azərbaycanın xaricə at satışından gəliri artıb

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bu il Azərbaycan 8 milyon tona yaxın neft-kondensat ixrac edib

Dolların dünya bazarındakı son vəziyyəti

Avro, rubl və lirə bahalaşdı - Məzənnə

“AtraBank” və “Texnika Bank”ın əmlakları hərraca çıxarılır

Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

Azərbaycan neftinin qiyməti bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.05.2024)

Süni intellekti hərbi sahəyə də daxil edən ölkə

Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır - FOTO / VİDEO

Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO

Bu gün bu ərazilərdə qaz kəsiləcək

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

"GƏNCƏ İLMƏÇİ"dən əməkhaqqı tələbi - Məhkəmə

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

Ruslar artıq araqdan konyaka keçir

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin