BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
25543

"Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitab təqdim edildi.

Noyabrın 30-da Şuşa 1 saylı məktəbdə "Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyinin çapdan çıxmış "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitabı ictimaiyyətə təqdim edilmişdir.

Kitab Azərbaycan Respublikası Qeyri Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan "Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi tərəfindən "Şuşa rayonunun  demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihəsi çərçivəsində hazılanmışdır.

Tədbiri giriş sözü ilə Şuşa rayonu icra başçısının müavini Vüsalə Fətəliyeva açaraq, tədbir iştirakçılarını salamlamışdır. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və doğma Qarabağımız uğrunda canlarını qurban vermiş şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.

Təqdimat mərasimində Müşahidə Şurasının üzvü  İlqar Orucov çıxış edərək "Şuşa-270”  layihələrinin vacibliyini vurğulamış, "Böyük qayıdış” Birinci Dövlət Proqramının təsdiq edilməsi ilə əlaqədar QHT-nin qarşıda duran vəzifələrindən danışmışdır.

Layihə və kitab haqqında geniş məlumat verən layihə rəhbəri iqtisadiyyat üzə fəlsəfə doktoru, dosent Aytən Səmədzadə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə Şuşa ili çərçivəsində "Şuşa-270” layihəsi üzrə "Şuşa  rayonunun demoqrafik, sosial-iqtisadi  inkişaf  vəziyyəti və perspektivləri”  istiqamətinin  Aİİ -yə etimad göstərərəkhəvalə etməsinə görə təşəkkürünü bildirmişdir.

Layihənin eksperti Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə layihə  barədə məlumat verərək bildirib ki, "Zəngin və mürəkkəb  inkişaf yolu keçmiş Azərbaycanın, eləcə də  Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa haqqında tədqiqat aparmaq bizim üçün böyük şərəf və məsuliyyət deməkdir. Bu layihə üzərində çalışarkən çoxsaylı arxiv materiallarına, tarixi mənbələrə müraciət etdik və bir daha şahidi olduq ki, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, burada elm və təhsilin, iqtisadi inkişaf məsələlərinin araşdırılması bundan sonra da diqqət mərkəzində olmalıdır. Layihədə 18-ci əsrin ikinci yarısından  başlayaraq  Şuşanın demoqrafik inkişafı, əhalisinin sayı, dinamikası və məşğuliyyəti barədə təklif və tövsiyələr verilmişdir.

Layihənin eksperti iqtisad elmləri doktoru professor Rəsul Balayev Şuşada  sənətkarlığın müxtəlif növlərinin, xüsusilə xalçaçılığın  inkişafı, onun əhalinin məşğuliyyəti baxımından ən mühüm sənət  sahələrindən biri   olduğunu göstərmiş, vurğulamışdır ki, kiabda Şuşanın qədim kənd təsərrüfatı ənənələri barədə maraqlı faktlar öz əksini tapmışdır. Araşdırmalar bir daha sübut edir ki, Şuşada ekoloji təmiz məhsul istehsalı üçün böyük potensial var,  tarixən bu ərazilərin əlverişli iqlimi, münbit torpağı  yetişdirilən məhsulların ekoloji cəhətdən təmiz olmasını şərtləndirir.  

Bu tədqiqat işində işğaldan azad olunanŞuşada əhalinin dayanıqlı məskunlaşması, davamlı fəallığın təmin olunması üçün maraqlı fikirlər və təkliflər də yer almışdır.Tədqiqat işində bir daha vurğulanır ki, Şuşanın təbii resurs və sərvətləri  turizmin və sahibkarlığın inkişaf imkanlarını da genişləndirir, onlardan səmərəli istifadə etməklə şəhər əhalisinin keyfiyyətli həyat şəraitini təmin etmək  mümkündür.

Əminik ki, dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, bu gün Şuşada müasir tələblərə cavab verən sosial və istehsal  infrastrukturlarının yaradılması,  istehsal və xidmət sahələrinin inkişafı əhalinin öz doğma yurdlarına qayıtmasına  müsbət təsir göstərəcək, Böyük Qayıdışı təmin edəcək.

Təqdimat mərasimində Milli Məclisin üzvləri iqtisad elmləri doktoru professor Eldar Quliyev, Arzu Nağıyev, Novruz Aslan,  Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, millət vəkilləri Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək yerinə yetirilmiş layihəni yüksək qiymətləndirmişlər.

Layihə rəhbəri kitab haqqında fikrini tamamlayaraq, demişdir: "Biz inanırıq  ki, "Şuşa -270” layihəsi əsasında dərc olunmuş bu gün təqdim olunan kitab Şuşanın tarixən formalaşmış milli-siyasi tərkibinin,  sosial-iqtisadi və demoqrafik göstəricilərinin öyrənilməsi,  əhalinin məşğulluq problemlərinin araşdırılması baxımından zəngin məlumatlar toplusu  olmaqla, ölkəmizin bir çox, eləcə də bu qocaman  Şuşa məktəbinin zəngin kitabxanasında çox oxunan və istinad ediləcək dəyərli mənbələrdən biri  olacaq”.

Təqdim edilən kitab haqqında rəylərini bildirən millət vəkilləri və alimlər nəşri yüksək qiymətləndirmiş, gələcək nəsillər üçün çox dəyərli tarixi mənbə olacağını vurğulamışlar. Qeyd edilib ki, kitabın rus və ingilis dillərinə tərcüməsi məqsədəuyğun hesab edilir.

Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Bədii hissədə Xalq artisti Aygün Səmədzadənin vətənpərvərlik ruhunda yazılmış mahnıları ifa edilmiş, tədbir iştirakçılarını sanki doğma Qarabağımıza apararaq bir daha düşmən üzərində böyük qələbəmizi yaşatmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin