BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
21800

Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda müəyyənləşir.

Valyuta.az-ın xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti işəgötürəndə olduğu üçün bu zərurətin həyata keçirilməsi mümkün olmur. Nəticədə, digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilməyən işçinin əmək hüquqları məhdudlaşır, bu da narazılıqlara və məhkəmə mübahisələrinə səbəb olur.

Qeyd edilən halların tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr edilir. Beləliklə, layihəyə əsasən, aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olacaq:

- fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

- fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;

- fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

- Mülki Prosessual və Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;

- İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənarda inzibati qaydada çıxarma tətbiq edildikdə.

Bu hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericilyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etməyəcək.

Həmçinin 49-cu maddəyə yeni 5-ci hissə əlavə edilməklə qeyd edilən hallarla bağlı işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir. Başqa sözlə, qeyd olunan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekti hərbi sahəyə də daxil edən ölkə

Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır - FOTO / VİDEO

Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO

Bu gün bu ərazilərdə qaz kəsiləcək

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

"GƏNCƏ İLMƏÇİ"dən əməkhaqqı tələbi - Məhkəmə

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

Ruslar artıq araqdan konyaka keçir

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

“Qaçqınkom”un 2 milyonluq kombi layihəsi

Keçmiş məmurların şirkətləri arasında nə baş verib?

Hindistan ABŞ sanksiyalarına görə Rusiya tankerlərinə sertifikat verməyi dayandırıb

"Perlit" gömrük qaydalarını pozduğuna görə məhkəmə qarşısında

ABŞ Çin idxalına rüsumları rekord dərəcədə artırmağa hazırlaşır

Hazırda ala biləcəyiniz ən yaxşı 10 smartfon (SİYAHI)

Diri Baba türbəsi bərpa ediləcək

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Bu günədək nə qədər tələbə təhsil krediti alıb?

Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dövlətə aid mənzilləri rüşvətlə istifadəyə verən vəzifəli şəxsin məhkəməsi başlayır

Nazir korrupsiyada ittiham olundu, Polşa danışıqları ləğv etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin