Sosial
12.08.2021 / 11:01
Altı ayda elektron arayış alanların sayı açıqlandı
16905
Bu ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 22636 nəfər olub.
Bu barədə Valyuta.az-a DSMF-nin İctimaiyyətlə Əlaqələr Departamentindən xəbər verilib.
Məlumata görə, bu arayışların 8554-ü pensiya, 5241-i müavinət və təqaüd, 5043-ü fərdi şəxsi hesab, 1116-sı ünvanlı dövlət sosial yardımı, 887-si torpaq pay mülkiyyətçisi, 953-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi, 313-ü şəhid ailəsi üzvü, 248-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 137-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 128-i əlilliyi olan şəxslərə qulluq, 16-sı Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay