Sosial
30.07.2021 / 16:36
Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
16323
Ünvanlı sosial yardım əsasən aztəminatlı ailələr üçün nəzərdə tutulub.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. O, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı proseduru izah edib:
"Ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından balaca uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Çünki övladların böyüdülməsi ilə məşğuldur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay