Vüqar Behbudov: “3000-dən çox ailəyə psixoloji dəstək göstərilib”
“Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi iştirakçıları və yaxınlarına müxtəlif sosial dəstək tədbirləri göstərilib”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, müharibə zamanı mülki əhaliyə də terror hücumu olub, bu zaman Agentlik əməkdaşları həmin bölgələrdən olan ailələrə dəstək göstərib:
“Noyabrın 18-dən bu kateqoriyadan olan ümumilikdə 3000-dən çox ailəyə psixoloji dəstək göstərilib, onlayn psixoloji yardımla bağlı da 1500-dən çox müraciət qeydə alınıb”.
Şəhid ailələri və qazilərə mənzillər verildiyini vurğulayan sədr gələn həftədən etibarən həmin mənzillərdə yaşayan qazilərə sosial psixoloji yardım göstəriləcəyini diqqətə çatdırıb:
“Orada yaşayan şəhid ailələri tərəfindən müraciət olarsa, onlara da sosial psixoloji yardım göstəriləcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay