Bu il 4 nəfər valideynlik hüququndan məhrum edilib
2021-ci ilin birinci yarısında Azərbaycanda 4 nəfər valideynlik hüququndan məhrum edilib.
Valyuta.az Azvision.az -a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.
O bildirib ki, bu dövrdə 6 körpə sığınacaqlara yerləşdirilib.
“Biz araşdırma aparırıq. Əgər valideyn tüfeyli həyat tərzi keçirirsə, narkotik vasitələrin aludəçisidirsə, onun həyat tərzi uşağı saxlamağa imkan vermirsə, həmin şəxsin valideynlik hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət edirik”, - deyə Baş Prokurorluğun sözçüsü bildirib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan məhkəmələrində valideynlik hüquqlarından məhrumetmə ilə əlaqədar 51 işə baxılıb, onlardan 21 iddia təmin edilib. 2019-cu ildə 72 nəfər valideynlik hüququndan məhrum edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay