Azərbaycanda toylara yenidən qadağa... - YOLUXMA ARTIR
Son günlər ölkədə koronavirusa yoluxanların sayında yenidən artım dinamikası müşahidə olunur. Dünən Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib ki, əgər epidemioloji vəziyyət pisləşsə, qapanmalar olacaq.
Valyuta.az xəbər verir ki, Redaktor.az-ın mövzu ilə bağlı sualları millət vəkili Azər Badamov cavablayıb.
O bildirib ki, yoluxmaların sayı hələlik kritik həddə deyil:
“Gündəlik yoluxma sayı ümumi test sayının 5 faizindən aşağı həddədir. Ölkədə koronavirusa yoluxma ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Ona görə də düşünürəm ki, toy məcislərinin keçirilməsinə qadağaların tətbiq edilməsinə ehtiyac yoxdur".
Millət vəkili bildirib ki, vaksinləşmə prosesinin arelaı genişlənərsə qadağalara ehtiyac qalmayacaq:
“Bunun üçün toylarda, ictimai iaşə obyektlərində və iri ticarət mərkəzlərinə gedən şəxslər üçün müəyyən tələblər qoyuldu. Artıq bu şəxslərdən vaksin pasportu tələb olunacaq. Əhali vaksin məsələsində təşəbbüskar mövqe tutmalıdır. Virusdan qorunmağın yeganə yolu vaksinasiyadır. Hər kəs vaksinin vacibliyini dərk etməlidir. Qısa müddət ərzində əhalinin 70 faizi vaksin olunarsa, toyların təşkilinə qadağaya ehtiyac qalmayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay