BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
14428

"Pandemiya şəraitində "palatka” toylarının keçirilməsi o qədər də tövsiyə edilmir”.

Valyuta.az xəbər verir ki, bunu "ARB 24”ün "İş vaxtı” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

E.Hacıyev bildirib ki, 50 nəfərə qədər tibbi maskadan istifadə etməklə ev şəraitində toy, nişan mərasiminin təşkili və keçirilməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur:

"Lakin vətəndaşlar bilsinlər ki, yumşaldılmalardan sui-istifadə edilməməlidir. 50 nəfərə qədər olan tədbirlərdə maskadan istifadə və sıxlıq normasının gözlənilməsi hər bir şəxsin özündən asılıdır. Bununla bağlı yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları iş aparacaq ki, vətəndaşlarımız diqqətli olsun. Açıq havada kənd yerlərində toyların keçirilməsi isə infeksiya şəraitində risklidir və sağlamlıq üçün təhlükə yaradır. Tövsiyə edirik ki, bu tədbirləri fəaliyyətinə icazə verilən məkanlarda, yəni restoranlarda həyata keçirsinlər”.

Əlavə olaraq bildirib ki, polis əməkdaşları toy mərasimləri keçirilən zaman zala daxil olub yoxlama aparmayacaq.

Onun sözlərinə görə, heç bir halda polis əməkdaşları toy mərasimləri keçirilən zala daxil olmaqda maraqlı deyil:

"Tədbirlərin təşkilinə beş gün qalmış bu işlər tənzimlənəcək. Restoran, ictimai iaşə obyektlərinin rəhbərləri ilə görüşlər keçirilir və digər dövlət qurumları ilə əməkdaşlıq gücləndirilib. Bütün risklər nəzərdən keçirilib və müzakirə olunub. Polis heç bir halda və heç bir formada vətəndaşın tədbir zalına daxil olub, orada kimisə cərimələməkdə maraqlı deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bütün mikrorayonlarında su kəsiləcək

Elmlər Akademiyası mühafizə xidmətinə yarım milyon ayırıb

Toya dəvət edilmək xərcdir, yoxsa yatırım?

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin