BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13835

Qeyri-leqal miqrantların Rusiyanı tərk etmək, yaxud öz sənədlərini qaydaya salmaq üçün cəmi 1 gün vaxtları qalır. 
 

Valyuta.az Virtualaz.org-a istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq xarici ölkə vətəndaşları üçün ötən ilin aprelindən etibarən tətbiq edilən güzəştlərin müddəti iyunun 15-də başa çatır. TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, bu güzəştin müddəti uzadılmayacaq.

"Xeyr, uzatmaq planlaşdırılmır”, -agentliyin miqrantlar üçün güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə sualına cavab olaraq mənbə bildirib.

Moskvaətrafındakı Vahid miqrasiya mərkəzindən də miqrantların ölkədə qalması üçün güzəşt müddətinin uzadılması haqda onlara təlimat daxil olmadığını deyiblər.

Xatırladaq ki, ötən ilin aprelində, koronavirus pandemiyasına görə sərhədlərin bağlandığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin xarici ölkə vətəndaşlarının ölkədə qalmasına imkan verən fərman imzalayıb. Ötən ilin dekabrında Putin fərmanın müddətini uzadıb və nəticədə sənədləri qaydasında olmayan xarici vətəndaşların Rusiyada bu il iyunun 15-nədək qalmasına imkan yaranıb.

Qaydalara əsasən Rusiya ilə hava əlaqələri bərpa olunan ölkələrdən olan miqrantlar  hava əlaqələrinin bərpasından etibarən 90 gün ərzində Rusiyada öz vəziyyətlərini leqallaşdırmaq üçün faktiki yaşadıqları yerlərdə miqrasiya orqanlarına əsaslandırılmış ərizə ilə müraciət etməli, habelə Rusiyada qalma müddətinin uzadılmasına dair möhürün vurulması üçün öz miqrasiya kartlarını təqdim etməlidir. 

Rusiyanın hava sərhədlərini hələ açmadığı ölkələrin vətəndaşları isə daha 90 gün, yəni sentyabrın 12-nə qədər qala bilərlər. Rusiya Azərbaycanla hava sərhədlərini bu il fevralın 15-də açıb, nəticədə həmin müddətdən etibarən 90 gün ərzində (mayın 15-nədək) qeyri-leqal azərbaycanlı miqrantlar ya öz sənədlərini qaydaya salmalı, ya Rusiyanı tərk etməli idi.

Rusiya Daxili İşlər Nazirliyinin statistikasına görə, 2021-ci ilin birinci kvartalının yekunlarına əsasən bu ölkə ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min qeyri-leqal miqrant var idi.

Mayın 15-dən sonra Rusiyada azərbaycanlı miqrantlara qarşı kütləvi reydlərin həyata keçirildiyi barədə məlumatlar yoxdur, amma güzəştlərin müddəti uzadılmadığı üçün ehtimal edilə bilər ki, belə reydlər iyunun 16-dan başlayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin