BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13766

"Əliliyin təyinatının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq sağlamlıq imkanlarının məhdudluq səviyyəsinin müəyyənləşdirilməsi prioritet məsələlərdəndir”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

O bildirib ki, Azərbaycanda əlillərin ümumi əhali sayında payı qonşu ölkələr ilə müqayisədə daha azdır:

"Əhalimizin 6.4 faizi əlillik statusuna malik olduğu halda bu göstərici Gürcüstanda 12.3 %, Türkiyədə 10,4 %, Rusiyada 8 faiz, İran da isə 15 faizdir. Əlil insanların ümumi əhali sayına nisbəti Avropa Birliyinə üzv olan ölkələrdə 6-10 faiz intervalında dəyişir, ABŞ-da isə 25 faiz əhali hansısa formada əlilik dərəcəsinə malikdir və bunların da bir qismi yaşa görə əlillikdir. Seçilmiş ölkələr üzrə statistikanın təhlili göstərir ki, Azərbaycanda əlillik statusu olan insanların ümumi əhali sayında nisbəti yüksək deyil və bu baxımdan da əlil olub amma status almaqda çətinlik çəkən vətəndaşlarımız üçün daha əlçatan mexanizmlərin tətbiqi vacibdir”. 

V.Bayramov, ikinci oxunuşun tələblərinə uyğun olaraq qeyd edib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.1. maddəsində əlliyin müəyyən edilməsi müddəti göndəriş elektron sistemə daxil olunduqdan sonra 10 gün və əlavə araşdırmalar tələb olunarsa, o zaman 15 gün müəyyənləşdirilib: 

“Burada qaranlıq məqam 10 iş gününün, yoxsa sadəcə 10 günün nəzərdə tutulması ilə bağlıdır. Məsələn, vətəndaş Novruz bayramından 1 gün öncə müraciət etsə və bir həftədən çox qeyri-iş günləri olarsa, o zaman onun müraciətinə 10 gün ərzində cavab veriləcəkmi? Əlavə araşdırma üçün 50 faiz artıq günlərin nəzərdə tutulması müddət baxımdan uzun zamandır. Bütövlükdə, bu müddətlərə baxılıb azaldılması daha məqsədəuyğun olardı. "Əmək Məcəlləsi” üzrə təklif edilən layihənin 91-ci maddəsində əlillər və sağlamlıq imkanları məhdud olan vətəndaşlarımız üçün qısaldılmış iş vaxtı nəzərdə tutulub. Bu layihə üzrə 18 yaşından yuxarı əliliyi olan vətəndaşlarımız üçün həftəlik iş saatları 35 saatdan çox ola bilməz”. 

Bu zaman beynəlxalq praktika nəzərə alınıbmı? 

Ekspert əlavə edib ki, məsələn, Beynəlxalq Əmək Təşkilatı fleksible iş rejimi kontekstindən gündəlik 2-4 saat, həftəlik isə maksimum 20 saat təklif edir: 

"Digər məqam layihədə təklif edilən faiz intervalları ilə bağlıdır. Bu zaman Dünya Səhiyyə Təşkilatının prinsiplərinə istinad edildiyi bildirilir. Sözügedən təşkilatın fərqli ölkələr üzrə WHO Disability Assessment mexanizmindən bu faiz intervalları hazırlanan zaman istifadə olunubmu? Təklif edilən bütün layihələrdə 18 yaşadək vətəndaşlarımız üçün "sağlamlıq imkanlarının məhdudluğu”, "əlilik” sözləri ilə əvəz olunub”. 

Bu həmin şəxslərin sosial təminatına necə təsir göstərəcək?

Vüqar Bayramov əlilliyin müəyyənləşdirilməsi ilə bağlı edilən çoxlu müraciətlərin daxil olduğunu nəzərə alaraq aşağıdakıları təklf edib:

"Müraciət edən vətəndaşlarımızın bölgələrdə səyyar qəbulu həyata keçirilsin. Xüsusən sözügedən qrup vətəndaşlarımızın bir sıra hallarda elektron müraciətlərdən istifadə imkanlarının yüksək olmadığını və pandemiyanın yumşaldığını nəzərə alaraq müraciətlərə daha çox əyani baxılması məqəsədəuyğun olardı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiyməti yenidən 85 dollara yaxınlaşır

Keçmiş prezidentlər Trampın andiçmə mərasimində iştirak etməyəcəklər

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda ötən il 28 milyard kVt·st-dan çox elektrik enerjisi istehsal edilib

Türk Hava Yolları Suriyaya uçuşlara başlayacaq

Xaricdə təhsil alan bu şəxslərin diplomu tanınmayıb

Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi

İranda ilk yerli kəşfiyyat gəmisi istismara verildi

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Qatlanan, cibə yerləşən dron təqdim olunub - SƏHƏR OXUSU

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin