BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
13309

Milli Məclis yaz sessiyasını başa vurub, bir-iki xırda-para iclaslarını da keçirib üzvlərini məzuniyyətə yola salacaq.

Valyuta.az-ın BizimMedia.az-a istinadən verdiyi xəbərə görə, millət vəkilləri məzuniyyəti səmərəli keçirsinlər deyə, onlara yay tətili üçün rəsmi maaşlarından əlavə, qanunla 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu verilir.

Sıravi deputatlarda bu məbləğ 5190 manat, parlament sədrində 7413 manat, birinci müavində 7 041 manat , müavində 6672 manat , komitə sədrlərində 5 931 manat civarında edir. 

Əgər hesab aparsaq görərik ki, pandemiyadan əvvəl iki həftəlik xaricdə istirahət turunun məbləği 1500 manata qədər idi. Təkbaşına bir aylıq istirahət üçün o zaman 3 min manat minimal xərc sayılırdı. İndiki dövürdə kəskin bahalaşmanı və yol şərtlərini də nəzərə alsaq bu qiymət iki dəfə qalxıb. Üstəgəl koronavirus testi, COVİD pasportu və başqa əngəllər. Bu minvalla verilən məzuniyyət pulu xaricdə istirahət üçün yaramır, əgər hörmətli millət vəkillərinin bu pula ehtiyacı varsa. 

Ona görə də deputatlara istirahətlə bağlı bu cür detallı suallar verdikdə, bu haqda danışmağa maraqlı olmadıqlarını bildirdilər. Bəziləri isə "istirahət üçün ən yaxşı yer elə öz ölkəmizdir” söylədilər. 

Deputat Razi Nurullayev bildirdi ki, hazırda milli məclisin yaz sessiyasının başa çatmasına baxmayaraq, növbədənkənar iclasların davam edəcəyi gözlənilir.

"Ona görə də istirahət üçün fürsətim yoxdur. Ən azından bir ay müddətində növbədənkənar iclaslar davam edə bilər. Bu səbəbdən də istirahət etmək barəsində heç düşünməmişəm, düzünü desəm buna heç vaxtım da olmayıb”.

Fəzail Ağamalı isə ancaq Azərbaycanda dincəlmək imkanı olduğunu deyib. O, qeyd edib ki, yay fəsli zamanı əsasən Bakıda olacaq:

"Yay tətilini Azərbaycanda, əsasən Bakıda olacam. Bundan başqa fikrim, niyyətim və imkan da yoxdur. Ona görə, istirahətimi Azərbaycanın gözəl, sərin bir güşəsində keçirəcəm”.

Asim Mollazadə də yayda istirahətə vaxtı olmayan millət vəkillərindəndir. Söhbət əsnasında o, iyun ayında növbədənkənar iclaslarda iştirak edəcəyini bildirib.

"İyun ayında fövqaladə iclasların davam edəcəyi barədə qərar verildiyi üçün yay istirahəti üçün heç bir plan qurmamışam. Biz işimizin başında olub, öhdəmizə düşən məsələlərin həll etməyə çalışacağıq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin