BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
12663

Son dövrlər əsas informasiya mənbəyinə çevrilən internet və sosial şəbəkələr televiziyaya olan marağı kəskin şəkildə azaldıb. Televiziyalar demək olar ki, əvvəlki nüfuzunu itirib.

Televiziya kanalları nüfuzunu artırmaq üçün nələr etməlidir, yeni telekanalların açılmasına ehtiyac varmı?

 

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, media eksperti Zeynal Məmmədli bildirib ki, televiziyalara olan marağın və onların nüfuzunun azalması ciddi araşdırmalar əsasında aydınlaşdırılmalıdır:

“Televiziya əvvəlcədən nüfuzsuz olaraqmı başlayıb, yoxsa sonradanmı nüfuzunu itirib - bunların hər birinə aydınlıq gətirilməlidir. Digər məsələ isə tamaşaçıların seçimidir. Tamaşaçılar nəyə baxmağı arzulayır, nə istəyir?

Bizim ən reytinqli verilişlərimizin 200-300 min tamaşaçısı var və bununla fəxr edirlər. Azərbaycan əhalisinin 6%-i əlil,  10%-dən çoxu pensiyaçıdır, gənclər və uşaqlar da var. Bunların hər biri konkret auditoriyadır və dəyərləndirmək lazımdır. Telekanallarda olan problem ümumilikdə ölkənin məsələsidir və kökdən həll olunmalıdır.

Əgər cəmiyyət kanallardan narazıdırsa, etiraz etməlidir. Biz hələ görməmişik ki, cəmiyyətdən kimsə televiziyalar üçün etirazını bildirsin. Əgər etiraz olmayıbsa, deməli televiziyalardan olan narazılıq pik həddə deyil”.

Ekspert yeni telekanallara ehtiyac olub-olmadığı barədə də  danışıb:

“Azərbaycan o qədər də böyük ölkə deyil. Hazırda xeyli televiziya kanalı var. Əgər ölkənin reklam bazarı aydın deyilsə, ölkədə sərbəst iqtisadiyyat, sərbəst bazarla bağlı problemlər varsa, yeni kanalların açılması bizə nə verəcək? Onlar haradan maliyyələşəcək? Bir kanalın müstəqil fəaliyyəti üçün öncül şərt onun müstəqil maliyyə qaynağının olmasıdır. Bu yoxdursa, təbii ki, yeni kanallara ehtiyac da yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin