BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
12656

"Sadlıq saraylarında qiymət dəyişikliyi yolverilməzdir. Sarayın dekorasiyasının içəridən açıq havaya daşınmasının qiymətə nə aidiyyatı? Bütün bunlar yaranmış vəziyyətdən sui-istifadədən başqa bir şey deyil”.

Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu ekspert Vahid Məhərrəmov toyların keçirilməsinə icazə verilən şadlıq saraylarında qiymət artımından danışarkən deyib. 

Ekspert hesab edir ki, şadlıq saraylarının rəhbərləri edilən çoxlu sayda müştəri müraciətinə baxmayaraq, qiyməti artırmamalıdırlar:

"Şadlıq saraylarının bir hissəsi yüksək vəzifəli məmurlara məxsusdur. İki ildir fəaliyyət göstərmirlər. Onlar bu itkilərini kompensasiya etmək üçün qiymətləri artıracaqlar. Bu günə kimi onların rəhbərləri bəzi işçilərinə əmək haqqı ödəyiblər. Bu sistem sanki oliqraxların əlindədir. Buna görə də qiyməti onlar diqtə edir. Bəzi kimsəsiz şadlıq saraylarının rəhbərləri də onların diqtəsi ilə razılaşmalı olacaq. Baxmayaraq ki, şadlıq saraylarının sayı çoxdur, amma onların arasında elə də ciddi rəqabət yoxdur. Bunlar artıq oturuşub, bir-birinin menyusundan da məlumatlıdırlar”.
 
Vahid Məhərrəmov bildirib ki, hazırda sadlıq saraylarının rəhbərləri daha çox qazanc əldə etmək üçün çalışır:

"Bu bazarda nisbətən qiymət ucuzlaşdırıb daha çox müştəri cəlb etmək mümkün deyil. Artıq müştərilər növbəyə durub. Dekorasiyanın istər içəridə, istərsə də bayırda olmağının qiymətə nə aidiyyatı var? Onsuz da bunlar xidmətdən daha çox gəlir əldə edir. Onların təqdim etdiyi yeməyin qiyməti maya dəyərindən fərli olaraq 10 dəfə baha qiymətə təklif olunur. Kababın maya dəyəri, məsələn, 60 qram əti götürəndə 2 manat 50 qəpik edir. Toy sahibinin ödədiyi bundan qat-qat böyük rəqəmdir. Tərəvəz məhsullarını topdansatış alırlar, amma baha qiymətə təklif edirlər. Ətin qiymətində bahalaşma yoxdur, qiymətində ciddi artım olan ərzaqlardan istifadə olunmur. Bütün bunlardan sonra restoranların qiymət artırması heç bir məntiqə sığmır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin