BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
12033

"2016-2018-ci illər ərzində Azərbaycanda qanunsuz yaşayan şəxslərin leqallaşdırılması məqsədilə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində çoxsaylı görüşlər və maarifləndirmə tədbirləri keçirilib və keçirilən görüşlər nəticəsində ümumilikdə 389 nəfər qəbul edilib”.

Valyuta.az verir ki, bunu Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov deyib.

O qeyd edib ki, həmin şəxslərdən 194 nəfərin leqallaşdırılması istiqamətində işlər görülüb:

“Ölkə ərazisində qeydə alınan vətəndaşlığı olmayan şəxslərlə bağlı yekun siyahının dəqiqləşdirilməsi və növbəti 3 (üç) il ərzində onların naturalizasiyasının təmin edilməsi məqsədilə tərəfimizdən müvafiq təhlillər aparılıb. Belə ki, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş 494 nəfərin ünvanlarına müvafiq məktublar göndərilərək Azərbaycan vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyə olunub”. 

Onun sözlərinə görə, bu müddət ərzində 2019-cu il oktyabr ayının 7-dən hazıradək (18 dekabradək) Azərbaycanda yaşayan və heç bir ölkənin vətəndaşı olmayan 143 şəxsin ölkə vətəndaşlığına qəbulla bağlı vəsatətləri icraata qəbul edilib: 

“Eləcə də, həmin müddət ərzində 52 nəfər Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş şəxs, 34 nəfər isə vətəndaşsızlıq vəziyyətində olan şəxs (cəmi 86 nəfər) Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə vətəndaşlığa qəbul olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin