BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
11801

Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyəti başçısının müharibə zamanı rayonda evləri dağılmış sakinlərə dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin bir hissəsini tələb etməsiylə bağlı iddia yayılıb.

İddiaya görə, evlərin bərpası məqsədilə dövlətin müəyyən etdiyi ödənişi almaq üçün vətəndaş qarşısında məbləğin 25 faizinin icra başçısına çatacağı barədə şərt qoyulub.

Məsələylə bağlı rayonun icra başçısı Müstəqim Məmmədovla əlaqə saxlanılıb.

O bildirib ki, evləri dağılmış sakinlərə kompensasiya məbləği İcra Hakimiyyəti yox, Nazirlər Kabineti tərəfindən verilir: “Nazirlər Kabineti tərəfindən ödəniş kartı "Kapital Bank"a göndərilir. Bank tərəfindən bu barədə vətəndaşa məlumat verilir və həmin şəxs də bankdan kartını götürür. Bu prosesdə İcra Hakimiyyətinin heç bir rolu yoxdur. Kimin hansısa şikayəti varsa, prokurorluğa müraciət edə bilər. Hazırda 1483 vətəndaşa kompensasiya ödənilib. Bildiyiniz kimi, Tərtərə müharibə zamanı çoxsaylı mərmi düşüb. Ona görə də dağıntılar çoxdur. Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi bu məsələ üzərində işləyir. Komissiya işləyib sənədləri Nazirlər Kabinetinin aidiyyatı qurumlarına təqdim edir. Proses tamamlandıqca vətəndaşlara kompensasiya ödənilir”.

Qeyd edək ki, Prezidentin ötən ilin 14 dekabrında imzaladığı sərəncama əsasən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” yaradılmış Dövlət Komissiyası tərəfindən mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq işlər aparılır. Ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat , dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində kompensasiyalar ödənilir. //qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin