Sosial
30.04.2021 / 09:43
DSMF-dən elektron arayış alanların sayı AÇIQLANIB
11716
2021-ci ilin yanvar-mart aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 7149 nəfər olub.
Valyuta.az Dövlət Sosial Müdafiə Fondunun yaydığı hesabata istinadən xəbər verir ki, bu arayışların 3146-sı pensiya, 1894-ü müavinət və təqaüd, 866-sı fərdi şəxsi hesab, 496-sı ünvanlı dövlət sosial yardımı ilə bağlı olub.
Arayışların 253-ü torpaq pay mülkiyyətçisi, 203-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi, 148-i şəhid ailəsi üzvü, 69-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 34-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 35-i əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəmanın ailə üzvünə aiddir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay