Sosial
29.04.2021 / 19:31
405 qaziyə əlillik təyinatı aparılıb - NAZİR
11715
"Artıq Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir”.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
S. Babayev deyib ki, indiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay