Əhali ən çox hansı sahələrdən gəlir əldə edir? - TƏFƏRRÜAT
Azərbaycan əhalisinin ötən il adambaşına düşən aylıq gəlirləri 1 manat 28 qəpik azalaraq 291,36 manata düşüb.
Valyuta.az Sfera.az-a istinadən bildirir ki, daha çox azalma şəhərlərdə qeydə alınıb. Şəhər yerləri üzrə adambaşına orta aylıq gəlir 1 manat 8 qəpik azalaraq 301,38 manata, kənd yerlərində 72 qəpik azalaraq 280,1 manata düşüb.
Əhali 8 sahədən gəlir əldə edir. Daha çox gəlir muzdlu işlə əlaqədar əldə edilir. 2020-ci ildə muzdlu işdən gəlirlər 5 manata yaxın artaraq 104 manatı ötüb. Muzdlu işdən gəlirlər ümumi gəlirlərin 35,7 faizini təşkil edib.
Məbləğinə görə ikinci ən yüksək gəlir özünüməşğulluqdan əldə olunub. Burada gəlirlər 9 manat azalaraq 98 manata düşüb. Özünüməşğulluqdan gəlirlərin 34,55 manatını kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər formalaşdırıb. Kənd təsərrüfatından gəlirlərdə 1,82 manat azalma qeydə alınıb.
Əhalinin gəlirlərində pensiyaların payı böyüklüyünə görə üçüncü sırada dayanır. Ötən il adambaşına düşən orta aylıq pensiya gəlirləri 7 manata yaxın artaraq 48,34 manat olub.
Ölkə daxilində digər ailələrdən alınan vəsaitlər də gəlir mənbələri arasında önəmli paya sahibdir. Bu mənbə üzrə əhalinin gəlirləri 3 manat azalaraq 24,1 manata düşüb.
Əhalinin digər gəlir mənbələri arasında müavinət və sosial yardımlar (9,16 manat), ölkə xaricindən alınan vəsaitlər (5,76 manat), mülkiyyətdən gəlirlər (1,67 manat), natura şəklində daxilolmalar (0,31 manat) var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay