BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
11362

Azərbaycanın aparıcı tikintin şirkətlərindən biri olan “Caspian Service” MMC-yə və onun sahibi Rəhim Sultanova qarşı məhkəmə iddiaları qaldırılıb.

Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Caspian Service” MMC-yə və Rəhim Sultanova qarşı məhkəmə iddiası “Yelo Bank” ASC tərəfindən, Rəhim Sultanovun direktor olduğu "Günəş Holding MMC" MMC-yə qarşı iddia isə Dövlət Vergilər Xidməti tərəfindən qaldırılıb.

“Yelo Bank” ASC-nin “Caspian Service” MMC və Rəhim Sultanova qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası dünən - 22.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilib. Növbəti iclas 04.05.2021-ci il tarixinə təyin olunub.

Dövlət Vergilər Xidmətinin "Günəş Holding MMC" MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası isə bu gün - 23.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, “Günəş Holding MMC” MMC 05.05.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 4000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Bülbül pr, ev 25, m. 52-də erləşir. MMC-nin qanuni təmsilçisi Sultanov Rəhim Ələddin oğludur. Sultanov Rəhim Ələddin oğlunun təsis etdiyi  “Caspian Service” MMC isə 28.03.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Bülbül pr, ev 25, m. 52-də yerləşir. MMC-nin qanuni təmsilçisi Musayev Araz Əli oğludur.

Məlumat üçün bildirək ki, Dövlət Vergilər Xidmətinin reyster məlumatlarında “Caspian Service” MMC-nin dövlət büdcəsinə 60 min 178 manat 52 qəpik, “Günəş Holding MMC” MMC-nin isə 100 manat 2 qəpik vergi borcunun olduğu qeyd olunub.

Onu da bildirək ki, “Caspian Service” MMC təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də dəyəri milyonlarla ölçülən böyük tikinti layihələri icra edir. “Caspian Service” MMC ilə bağlı əvvəllər də bir neçə dəfə qalmaqallı məhkəmə prosesləri olub.  Hətta məhkəmə proseslərinə etiraz olaraq “Caspian Service” MMC-nin kollektivi tərəfindən ölkə prezidentinə də müraciət olunub. MMC-yə dəstık üçün xarici ölkələrin tanınmış şəxslərindən də dəstək məktubları göndərilib.

“Caspian Service” MMC-nin Direktorlar Şurasının sədri Sultanov Rəhim Ələddin oğlu 1962-ci ildə anadan olub. İxtisasca hüquqşünas olan Rəhim Sultanov tanınmış hüquqşünas Ələddin Sultanovun oğludur. Ələddin Sultanov 1967-ci ildə Mingəçevir şəhər prokuroru, 1970-ci ildə Lənkaran rayonunun prokuroru, 1977-ci ildə Bakı şəhər Lenin (Sabunçu) rayonunun prokuroru, 1979-cu ildə Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci ildə Naxçıvan MSSR-i prokuroru, 1981-cidə il Azərbaycan SSR-i prokurorunun 1-ci müavini, 1987-ci ildə Azərbaycan SSR-i Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı ildə Baş Prokurorun xüsusi işlər üzrə köməkçisi, 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri, 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi olub. 2010-cu ildən isə təqaüdə çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Slovakiya ilə ikiqat vergitutma aradan qaldırılmasının detalları

Daha bir ölkə “Bitcoin”ə yaşıl işıq yandırdı

"SPRİNG SAN TEX"ə cərimə protokolu

Pensiya alan partiya sədrləri - İsa Qəmbər, Sərdar Cəlaloğlu, Əli İnsanov...

Türkiyədəki “Azərbaycan” məhəlləsində ilk hazır mənzillər nümayiş etdirildi (FOTO)

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Bu kənddə tikinti-quraşdırma işlərinə 26,4 milyon manat xərclənəcək

Bakıda yağış, rayonlarda qar yağacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin