BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
11220

Keçmiş deputat Rafael Cəbrayılovun həbsindən iki həftədən artıq vaxt ötsə də, "qurbanları” hələ zərərçəkən kimi istintaqa cəlb olunmayıb.

Valyuta.az xəbər verir ki, bu barədə Hit.az-a Rafael Cəbrayılovun borclu olduğu şəxslər bildirib.

Keçmiş deputat aprelin əvvəlində həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır.

Rafael Cəbrayılovun 8 nəfərə toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva - 300 000 dollar 
Məlahət Qurbanova - 580 000 dollar 
Xatirə Nəcəfova - 200 000 dollar 
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar 
Şəfa Məmmədova - 80 000 dollar, 
Bəşir Məmmədov - 60 000 dollar 
Allahverdi Səfərəliyev - 30 000 dollar.

Bu şəxslər dəfələrlə Rafael Cəbrayılovdan pullarını geri istəsələr də, keçmiş deputat müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınıb. Onlardan Təranə Fətəliyeva məhkəməyə müraciət edib. Məhkəmənin bütün instansiyaları onun xeyrinə qərar çıxarıb. Lakin Rafael Cəbrayılov məhkəmə qərarını icra etməyib. Nəhayət, keçmiş deputatın "qurbanları” Baş prokuror Kamran Əliyevə müraciət ediblər. Bundan sonra baş verənlərin araşdırılmasına başlanılıb. 

İndi Rafael Cəbrayılovun borclu olduğu şəxslər zərərçəkən kimi istintaqa cəlb olunacaqlarını gözləyirlər. Hətta bununla bağlı yenidən Baş prokurora müraciət etmək barədə də düşünürlər. "Rafael Cəbrayılovun həbsindən artıq 20 günə yaxın vaxt ötüb. Amma hələ də bizi istintaqa çağırmayıblar. Narahatıq ki, yenə də iş uzanar. Ona görə də düşünürük ki, Baş prokuror Kamran Əliyevə yenidən müraciət edək”, - deyə Rafael Cəbrayılovun borclu olduğu şəxslər bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin