Dövlət Miqrasiya Xidmətindən Rusiyada yaşayan azərbaycanlılara TÖVSİYƏ
Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan vətəndaşlarının 15 iyun 2021-ci il tarixədək hüquqi statuslarının leqallaşdırması tövsiyə olunur.
Valyuta.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mətbuata verdiyi açıqlamasında səsləndirib.
Vüsal Hüseynov eyni zamanda, “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” Fərmanda güzəştlərlə bağlı müəyyən edilmiş müddətin mümkün uzadılma halları üçün bu ölkənin miqrasiya qaydaları barədə yenilikləri izləmələrini də tövsiyə edib.
“Mövcud pandemiya şəraitində dünyanın müxtəlif ölkələrində, o cümlədən ölkəmizdə miqrantların vəziyyətini yüngülləşdirən, sərhədlərə tətbiq edilən məhdudiyyətlərin onların ölkədə olma və yaşamalarına neqativ təsirini azaldan tədbirlər həyata keçirilməkdədir. Azərbaycan vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən biri olan Rusiyada da pandemiya dövrününün tələblərindən irəli gələrək miqrantlarla bağlı bir sıra güzəştlər qəbul edilib”.
DMX rəisi vurğulayıb ki, bu istiqamətdə Rusiya Federasiyasında 18 aprel 2020-ci il tarixdə yuxarıda qeyd edilən Fərman imzalanıb:
“Bu Fərmanda nəzərdə tutulan miqrantlarla bağlı yumşıadıcı tədbirlərin vaxtı bir neçə dəfə artırılıb və sonuncu dəfə bu müddət 15 iyun 2021-ci ilə qədər uzadılıb. Ümumən pandemiya ilə bağlı müxtəlif ölkələrdə miqrantlara təqdim edilmiş güzəştlərin müddətləri müxtəlif qaydalarda müəyyən edilir və mütəmadi uzadılması praktikası mövcuddur. Ölkəmizdə də hazırda 1 iyun tarixinədək oxşar yanaşma tətbiq edilir”.
Onun sözlərinə görə, Rusiyada qeyd edilən Fərmana əsasən 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək Rusiyada olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, müvəqqəti və daimi yaşama müddətləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə və ya yaşadığı ünvan üzrə qeydiyyata alındıqları müddətlər qeyd olunan tarixlərdə bitirsə müddət axımı dayandırılmış hesab olunub:
“Həmin tarixlərdə daimi və müvəqqəti yaşama icazələrinin və miqrasiya kartının etibarlılıq müddətinin bitməsinin də müddət axımı dayandırılıb.
Həmçinin, mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir həmçinin müvəqqəti olma müddətinin qısaldılması, əvvəllər verilmiş daimi və müvəqqəti yaşama, həmçinin iş icazələrinin, eləcə də patentlərin ləğv edilməsi barədə qərarlar qəbul edilmir (fərmanda verilmiş istisnalar xaricində)”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay