Şəhid vərəsələrinə və qazilərə verilən sığorta ödənişlərinin həcmi AÇIQLANDI
Bu günə qədər şəhid vərəsələri və qazilərə 44 milyon manat həcmində sığorta ödənişləri edilib.
Valyuta.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev məlumat verib.
Onun sözlərinə görə, müxtəlif əlillik dərəcəsi almış hərbçilərimizin və şəhid olmuş hərbçilərimizin vərəsələrinin ipoteka kreditləri üzrə borcları da həyat sığortası şirkətləri tərəfindən qarşılanır:
“Həyat sığortası şirkətləri tərəfindən bu günə qədər 3 milyon 400 min manat ödəniş həyata keçirilib. Onu da qeyd etmək istərdim ki, ASA və Azərbaycanın Mərkəzi Bankı bu prosesi daima nəzarətdə saxlayır. Həmçinin, Dövlət Sığorta Kommersiya Şirkətinin müxtəlif filialları mövcuddur ki, həmin filiallara da vətəndaşlarımız tərəfindən müraciətlər olunur. Həmin müraciətlərə operativ şəkildə baxılır və ödənişlər həyata keçirilir”.
Əlavə edilib ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən banklarla əldə edilən razılığa əsasən vətəndaşlar sığorta şirkətinin filiallarına müraciət edərkən onların adlarına bank hesabı açılır və bank kartı təqdim olunur. Ən gec 48 saat ərzində həmin bank hesabına sığorta ödənişi edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay