BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
59988

Erməni şirkətləri Rusiyaya Qərbin qızıl ticarətinə tətbiq etdiyi embarqodan yan keçməyə kömək edir. Bu şirkətlərin arxasında ölkənin nüfuzlu siyasətçiləri və iş adamları dayanır. 

2022-ci ildən Ermənistana milyardlarla dollar dəyərində qızıl idxal edilib, lakin metal ölkədə qalmır - onun BƏƏ-yə ixracının həcmi də misilsizdir. Eyni zamanda, guya BƏƏ-dən Ermənistana nağd pul və qiymətli kağız axını var. Rusiya biznesi üçün Ermənistan vasitəsilə qızıl ticarəti etmək sərfəlidir, çünki ölkə ixrac rüsumları almır və fərdi şəxslər vasitəsilə ticarət etmək sanksiyalardan yayınmağa imkan verir.

Bu barədə "The Insider” və "Hetq” nəşrlərinin birgə araşdırılmasında deyilir.

Qızıl Ukraynanın genişmiqyaslı işğalı səbəbindən embarqo qoyulan ilk Rusiya ixracatlarından biri olub. 2022-ci ilin iyununda ABŞ bu qiymətli metalın Rusiyadan alınmasını qadağan və bunu "ölkənin ən böyük qeyri-enerji ixracatı” olaraq xarakterizə edib. Texniki cəhətdən bu embarqo yalnız ABŞ-a idxala aiddir.

Bununla belə, "ləkələnmiş" qızıl başqa bir ölkə tərəfindən satın alınsa da, ABŞ-da satışa yararsız olaraq qalır, yəni banklar onu investisiya və ya ticarət üçün almayacaqlar. Beləliklə, əksər malların idxalındakı məhdudiyyətlərdən fərqli olaraq, Amerikanın "bank qızılına" embarqosu avtomatik olaraq qloballaşır.

2022-2023-cü illərdə Rusiya qızılının axını şərqə yönəlib: tammiqyaslı müharibə başlamazdan əvvəl Böyük Britaniyaya ixrac edilirdi, lakin 2022-ci ildən BƏƏ, Honq Konq və Türkiyə əsas alıcılara çevrilib. Lakin qızıl axını 2023-cü ilin aprelindən tamamilə dayanıb. O vaxtdan bəri bir unsiya rus qızılı Avrasiya İqtisadi İttifaqından kənara çıxarılmayıb. Təxminən eyni vaxtda "Hetq” Ermənistanın əsas qızıl ixracatçısına çevrildiyini bildirib. "The İnsider” və "Hetq” bu qızılın demək olar ki, hamısının Rusiyadan gətirildiyini müəyyən edib.

"The Insider” və "Hetq” nəşrlərinin əldə etdiyi Rusiya gömrük məlumatlarına görə, 2022-ci ildən 2024-cü ilə qədər Ermənistan Rusiyadan təxminən 5,2 milyard dollar dəyərində 89 ton qızıl alıb. 2024-cü ilin ilk yarısında ölkəyə ümumi dəyəri 6,2 milyard dollar olan 111 ton rus qızılı idxal edilib. Müqayisə üçün: 2022-ci ildə Ermənistanın ümumi idxalı 11 milyard dollar, ÜDM-i isə 19,5 milyard dollar təşkil edib.
 
Rusiya və Ermənistan gömrükləri arasında məlumat fərqi Rusiya və Ermənistanda əməliyyatlar və onların hesabatı arasındakı vaxt fərqləri ilə izah oluna bilər.

"The İnsider” və "Hetq” müəyyən edib ki, 2024-cü ildə Ermənistana Rusiya qızılının ən böyük idxalçıları arasında (söhbət 50 milyon dollardan çox dəyərində qızıl idxal edən şirkətlərdən gedir) tanınmış erməni siyasətçiləri və oliqarxları, eləcə də Rusiya ilə əlaqəli şirkətlər var. Belə ki, Rusiyadan Ermənistana üçüncü ən böyük qızıl idxalçısı "İrəvan Zərgərlik Fabriki”dir ki, bu fabrik hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsi ilə bağlıdır.

"İəvan Zərgərlik Fabriki” 2022-ci ildə "İrəvan” bazarının ərazisindəki yeni binada rəsmi açılışı olub. O, Sukiasyan və Avaqyan ailələri ilə bağlıdır - sonuncular Rusiyada zərgərlik biznesi ilə məşğul olublar. "Hetq” müəyyən edib ki, şirkət Rusiya mənşəli külli miqdarda zərgərlik məmulatlarını Ermənistanda istehsal olunmuş kimi keçirərək Ermənistandan ixrac edir. Görünür, "İrəvan Zərgərlik Fabriki” Rusiya zərgərlik məhsulunun "qanuniləşdirilməsi” üçün kanal rolunu oynayıb. O, təxminən üç Rusiya şirkətindən qızıl alıb. 

Sanksiyaların tətbiqindən sonra 2022 və 2023-cü illərdə qızıl alanlar arasında təkcə zərgərlik fabrikləri və saxta şirkətlərinin əlamətləri olan MMC-lər deyil, "Araratbank” və "Converse Bank” kimi banklar da olub. Lakin 2024-cü ildən erməni bankirləri belə riskli addımlardan çəkinməyə başlayıblar.

2024-cü ildə Ermənistanda Rusiya qızılının ən böyük idxalçıları (hər biri 50 milyon dollardan çox qızıl idxal edən şirkətlər) infoqrafikada göstərilib.

"Hetq” bu şirkətlərlə əlaqə saxlamağa çalışıb. Onların nümayəndələri ilə çoxsaylı söhbətlər göstərib ki, şirkətlər qızıl ticarəti, sanksiyaların riskləri və Rusiya və Qərblə əməkdaşlığı müzakirə etməyə meylli deyillər.

Belə ki, "Hetq” ilə söhbətində özünü Ermənistanın ən böyük qızıl idxal və ixracatçısı olan "TB Arm” şirkətinin direktoru kimi təqdim edən şəxs şirkətin ortaq sahibi Armen Tadevosyanın adından bildirib ki, onlar bu barədə şərh vermək istəmirlər. 

Ermənistanın ikinci ən böyük qızıl idxalı şirkətinin - "Diamond Standard”ın sahibi Anahit Çitçyan "Hetq”ə müsahibəsində vurğulayıb ki, şirkət 2022-2024-cü illərdə aldığı lisenziyalar əsasında müstəsna olaraq qanun çərçivəsində fəaliyyət göstərib və hər şey hesabatlarında şəffaf olub. O, "Hetq”in digər suallarına cavab verməkdən imtina edib, ancaq şirkətin son yarım ildə ərzində fəaliyyət göstərmədiyini bildirib. 

"Win-Gold”un direktoru Zöhrab Toroyan "Hetq”ə bildirib ki, onun şirkəti də təxminən 3 aya yaxındır bağlanıb. Onun sözlərinə görə, Kotayk rayonunun Abovyan şəhərində qeydiyyatdan keçmiş Qor Şaryana məxsus "Win-Gold” və "GG-Group” şirkətləri xam qızıl ixrac edib.

Rus qızılının zərgərlik sənayesində istifadə oluna biləcəyini güman etmək olar, lakin bu versiya əhəmiyyətli şübhələr yaradır. 2020-ci ildə Ermənistandan zərgərlik sənayesi 26 milyon dollar, 2021-ci ildə 75 milyon dollar, 2022-ci ildə 109 milyon dollar, 2023-cü ildə isə 499 milyon dollar təşkil edib. Aydındır ki, Ermənistanın zərgərlik sənayesi 2020-ci illərin əvvəllərində nəzərəçarpacaq dərəcədə böyüyüb və ildə 1,5–2 dəfə artıb, lakin 2022-ci ildən 2024-cü ilə qədər təxminən iyirmi dəfə artacağını düşünmək (2024-cü ildə Qızıl idxalının yalnız zərgərlik sənayesi üçün olduğunu düşünsək) tamamilə qeyri-mümkün görünür.
 
Qızıl Ermənistanda qalmır - nə zinət əşyaları kimi, nə də banklarda. Onlar ixrac olunur. Dövlət Gəlirləri Komitəsinin (DGK) "Hetq” tərəfindən əldə etdiyi məlumatlara görə, 2023-cü ildə qızıl əsasən BƏƏ-yə axıb. Və Ermənistan gömrük məlumatlarına görə, 2024-cü ilin birinci yarısında ölkədən rekord həcmdə - təxminən 59 ton (4,1 milyard dollar) qızıl ixrac edilib. Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, kiçik həcmdə Honq Konq və Çinə də ixrac edilir.

DGD 2023-24-cü illərdə qızıl ixrac edən əsas şirkətlər kimi "Diamond Standard”, "Golden Line”, "Win-Gold”, "Bagario Gold” və "TB Arm”ın adlarını açıqlayır. Həmçinin ixracatçıların bir qismi həm də qızıl idxalçısıdır.

"Hetq”in məlumatına görə, Ermənistandan qızıl ixrac edən ən böyük şirkətlərdən biri "Golden Heritage” olub. Hələ 2020-ci ildə nəşr bu şirkətin Ermənistandan böyük həcmdə qızıl ixrac etdiyini öyrənib. Daha sonra "Hetq” ilə söhbətində şirkətin sahibi İsveçrədən qızıl gətirdiyini və Rusiyaya ixrac etdiyini bildirib. 2022-ci ildə bu şirkət Rusiya qızılını Türkiyəyə idxal və ixrac edib.

Banklarda qızılın valyuta ilə satılması halında Ermənistan vasitəsilə həyata keçirilməli olan milyardlarla dollarlıq ödənişlər şübhələrə səbəb olardı. Üstəlik, sanksiyalar səbəbindən Rusiya son ödəniş alıcısı olaraq bu valyutalardan digər malların alınması üçün istifadə etməkdə açıq bir problemlə qarşılaşacaqdı.

Eyni zamanda, "Observatory of Economic Complexity”nin (OEC) məlumatlarına əsasən, "nağd pul” və "istiqrazlar” daxil olmaqla, əmtəə maddəsi üzrə Ermənistana müqayisə olunan gəlir axını mövcuddur. 2022-ci ildə belə idxal 1,45 milyard dollar təşkil edib ki, bunların hamısı BƏƏ-dən olub. Bu, xüsusilə Əmirliklərdən Ermənistana nağd pul idxalı demək ola bilər.

İqtisadçı Aqasi Tavadyan qeyd edir ki, rusiyalı iş adamları Ermənistandan qızıl ixrac etmək üçün tranzit ölkə kimi istifadə ediblər, çünki Rusiya ona gömrük rüsumu tətbiq edib. Lakin bu, Aİİ ölkələrinə ixraca şamil edilməyib.

"Rusiya iş adamları bu qızılı əvvəlcə Ermənistana gətirib, sonra isə Əmirliklərə ixrac ediblər. Bu, onlar üçün sərfəlidir, çünki Ermənistandan qızıla ixrac rüsumu alınmır”, deyə iqtisadçı izah edir.

Ermənistan İqtisadiyyat Nazirliyi "Hetq” şirkətinin sorğusuna cavab olaraq bəyan edib ki, embarqo altında olan Rusiya qızılının ixracı Ermənistanı ikinci dərəcəli sanksiyalarla hədələyə bilər. Nazirliyin baş katibi Haykaz Nəsibyan vurğulayıb ki, belə hallar hələ qeydə alınmayıb.

"Dəyişikliklərə çevik reaksiya vermək üçün vəziyyətin inkişafı Ermənistan İqtisadiyyat Nazirliyinin daimi monitorinqi altındadır”, deyə Nəsibyan bildirib və əlavə edib ki, qurum hökumət tərəfindən tətbiq edilən monitorinq alətlərinin effektivliyinə əmindir.

Ermənistan Statistika Xidmətinin məlumatları göstərir ki, 2024-cü ilin may ayından etibarən Ermənistanda qızıl idxalı və ixracı ilin ilk dörd ayı ilə müqayisədə kəskin şəkildə azalıb. Məsələn, apreldə Ermənistandan 14,3 ton qızıl ixrac edilibsə, may ayında cəmi 3,7 ton qızıl ixrac edilib.

©Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsdi

Neftin qiyməti 200 dollar ola bilər... - Əsas şərt açıqlandı

DGK "Ayan" şirkətini inzibati məsuliyyətə cəlb etdi

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin