BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58898

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” Mükafatlandırma Proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb.

Fəaliyyətində innovativ texnologiyaların tətbiqinə daim önəm verən İSB İT layihələri, innovativ yanaşmalar və müştəri məmnuniyyətinə verdiyi töhfələr sayəsində uğur qazanıb.

Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək  “Best Customer Engagement Software” mükafatına layiq görülüb.

“Best Embedded Insurance Provider” mükafatı üzrə ikincilik İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək effektivlik nəzərə alınaraq verilib.

Daha bir nominasiya – “Insurtech of the Year” mükafatı üzrə ikincilik İSB-nin yeni texnologiya və proseslərin inkişafına verdiyi töhfələrə görə təqdim olunub.

Məlumat üçün bildirək ki, “Global Insurtech Awards” – dünya üzrə “insurtech” (sığorta texnologiyaları) sahəsində qabaqcıl yenilikləri və texnoloji həlləri tanıtmaq məqsədilə keçirilən mükafatlandırma proqramıdır. Böyük Britaniyada hər il keçirilən proqram çərçivəsində sığorta sahəsində innovativ həllərə imza atan qurumların (bürolar, şirkətlər, startaplar) texnoloji nailiyyətləri qiymətləndirilir. İSB-nin bu proqram çərçivəsində qazandığı uğurlar ölkəmizin sığorta sisteminin beynəlxalq səviyyədə tanınmasına, Azərbaycanın sığorta sektorundakı texnoloji yeniliklərinin dünya miqyasında təbliğinə töhfələr  verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə Azərbaycana yeni səfir təyin edib

AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

Türkiyədə illik inflyasiya 47%-ə enib

Kərə yağı ilin əvvəli ilə müqayisədə 1 manatdan çox bahalaşıb - Rəsmi

AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

UEFA "Qarabağ"ı 26 min avro cərimələyib

AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb

“Elektron Hərrac Portalı"ı istifadəyə verilib

Bu rayonda su olmayacaq

ABA: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyinə təyinat olub

AMB rəsmisi: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"

Bu ərazilərə qar yağdı

Regional Su Meliorasiya Xidməti bu şirkətlə 940 min manatlıq müqavilə imzalayacaq

Neftimizin qiyməti bir dollardan çox ucuzlaşdı

Mərkəzi Nəbatat Bağının İdarə Heyətinə sədr təyin edilib

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr (SİYAHI)

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun yenidən qurulması davam edir

ABŞ çip sənayesində Çinə yeni məhdudiyyətlər qoyur

Türk lirəsi və avro ucuzlaşdı - Məzənnə

Süni intellekt sayəsində insanlara lazım olmayacaq 5 bacarıq - SƏHƏR OXUSU

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin