Sığorta
16.03.2021 / 15:15
İcbari Sığorta Bürosunun üzvləri artdı
9231
“Naxçıvan Sığorta” Açıq Səhimdar Cəmiyyəti İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.
Valyuta.az xəbər verir ki, bu barədə İcbari Sıorta Bürosundan məlumat verilib.
İştirakçı sığortaçılarla Büro arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.
Xatırladaq ki, sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün Sığorta Fəaliyyəti Haqqında və İcbari Sığortalar Haqqında qanunun tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay