BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9100

2020-ci il ərzində sığorta sektoru üzrə yığımlarda əvvəlki illə müqayisədə 7% artım olub. 

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, artımın əsas hissəsi həyat sığorta məhsulları üzrə baş verib. Həyat sığorta şirkətləri üzrə artım 14%, qeyri-həyat sığorta şirkətləri üzrə isə 3% təşkil edib.

Sığorta sahəsində nəzarətin təkmilləşdirilməsi məqsədilə risk əsaslı nəzarətə keçidlə bağlı Dünya Bankı ilə birgə hazırlanmış layihənin icrasına başlanıb. Mövcud qanunvericiliyə əsasən, sığortaçıların kapital tələbinin onların risklərinə əsasən diferensiasiya olunmaması sektorun risklərini artırır və maliyyə sabitliyi üçün təhdid yaradır.

Eyni zamanda, ehtiyatların yaradılması yalnız prudensial normativlərə əsaslanır ki, bu da qəbul edilmiş risklərə uyğun adekvat ehtiyat yaradılmasına maneələr yaradır. Mərkəzi bankdan bildirilib ki, layihənin icrası risklərin düzgün və vaxtında müəyyən edilməsinə, nəzarət resurslarının effektiv istifadəsinə, həmçinin sığortaçıların şəffaflıq səviyyəsinin və investisiya siyasətinə dair tələblərin yüksəldilməsinə xidmət edəcək. 

Eyni zamanda, sığorta bazarına nəzarətin gücləndirilməsi məqsədilə elektron sığorta nəzarət sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılmaqdadır. 

Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada aparılması məqsədilə qanunvericilik layihəsi hazırlanaraq müvafiq qurumlara təqdim edilib. 

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə və digər sığorta qanunvericiliyinin təkmilləşdirilməsinə başlanılıb. Bu məqsədlə mövcud boşluqlar müəyyən edilib və onların aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanan rəy və təkliflər hazırlanır.

Zeynəb Vəkil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin