Sığorta
09.03.2021 / 11:15
“Amrah Sığorta”nın ləğv prosesi yenidən müzakirə olunacaq
8711
Aprelin 19-da, saat 15:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Valyuta.Az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin ləğv olunması prosesinin müzakirə olunması məsələsi daxildir.
Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə, 15%-i isə onun oğlu Əmrah İldırımzadəyə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay