Şirkətlərin qeyri-həyat sığortası üzrə yığımları azalıb - CƏDVƏL
2021-ci ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin icbari sığortalar üzrə yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 5%-ə yaxın azalıb.
Valyuta.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ilk ayda 19 milyon 832,5 min manat icbari sığorta haqqı yığılıb. Bu, 2020-ci ilin yanvarına nisbətən 962,3 min manat azdır. Azalma əsasən qeyri-həyat sığortası yığımlarının hesabına baş verib. Yanvarda bu növ üzrə yığımlar 16 milyon 195,2 min manat olub. Ötən ilin eyni dövründə isə bu göstərici 18 milyon 210,3 min manat təşkil edib.
Bunun əvəzində şirkətlərin həyat sığortası üzrə yığımları 40% artıb. Əgər 2020-ci ilin yanvarında bu növ üzrə yığımlar 2 milyon 584,5 min manat olubsa, bu ilin ilk ayında həmin göstərici 3 milyon 637,3 min manat təşkil edib.
2020-ci ilin əvvəlində daşınmaz əmlakın icbari sığortası növündə ciddi artım müşahidə edilsə də bu il yığımlar geriləyib. Yanvarda bu sahədən 7 milyon 889,8 min manatlıq sığorta haqqı toplanıb. Halbuki, ötən ilin yanvarında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 11 milyon manata yaxın olub.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası növləri üzrə yığımlarda isə son 1 ildə 2 dəfədən artıq artım müşahidə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay