“Meqa Həyat Sığorta”nın rəhbərliyi açıqlandı
Azərbaycan Mərkəzi Bankının fevralın 19-da lisenziya verdiyi “Meqa Həyat Sığorta” ASC-nin rəhbərliyi açıqlanıb.
“Report” xəbər verir ki, şirkətin Direktorlar Şurasının (DŞ) sədri Yaşar Feyzi oğlu Qurbanov, üzvləri isə Səadət Daşdəmir qızı Əsədova və Elnur Elman oğlu Abdullayevdir. Y.Qurbanov həm də “Meqa Sığorta” ASC-nin DŞ-nın sədri, S.Əsədova isə üzvüdür.
“Meqa Həyat Sığorta”nın İdarə Heyətinə (İH) əvvəlcədən deyildiyi kimi “Meqa Sığorta”nın İH sədrinin keçmiş müavini Cəmil Məhəmməd oğlu Nəzərov sədrlik edir. Onun müavinləri isə Emil İsfəndiyar oğlu Ağamaliyev və Hökmüdar Qələndər oğlu Məmişovdur. E.Ağamaliyev həm də “Meqa Sığorta”nın məsul aktuarisi, H.Məmişov isə Daxili Audit Xidmətinin rəisidir.
“Meqa Həyat Sığorta”nın Təftiş Komissiyasının tərkibi “Meqa Sığorta”dakı ilə eynidir. Komissiyanın sədri Cəbrayıl Səfər oğlu Cəbrayılov, üzvləri isə Fuad Etimad oğlu Eyvazov və Murad Şaiq oğlu Babayevdir.
Şirkətin Daxili Audit Xidmətinin rəhbəri Azər Qurban oğlu Qurbanov, baş mühasibi Gündüz Səməd oğlu Rzayev, məsul aktuarisi isə Tural Hayan oğlu Sadayevdir.
Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ilin sentyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100% “Meqa Sığorta”dır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay