Həyat sığortası yığımları artıb
Azərbaycanda fəaliyyət göstərən həyat sığortası şirkətlərinin yığımları artıb.
Valyuta.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvarında onların yığımları 20 milyon 681 min manat olub. Bu, ötən illə müqayisədə 1 milyon 853 min manat və ya 9% çoxdur. 2020-ci ilin ilk ayında həyat sığortası üzrə yığımların ümumi həcmi 18 milyon 828 min manat olub.
Həyat sığortası sektorunda ən böyük paya malik olan “Paşa Həyat Sığorta” şirkətinin son 1 ildəki artımı 1 milyon 460 min manat və ya 8,8 % olub. "Xalq Həyat" şirkətində bu göstərici daha böyükdür, yığımlarda təxminən 2 dəfəyə yaxın -171 min manat artım qeydə alınıb.
“Qala Həyat” isə yığımlarını125 min manat məbləğində artırıb. “Atəşgah Həyat” şirkətinin yığımlarında 97 min manat artım olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay