Sığorta
09.01.2025 / 17:56
Azərbaycan Dövlət Neft Fondu sığortaçısını dəyişib
62887
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 160 əməkdaşı üçün könüllü tibbi sığorta xidməti üzrə elan etdiyi açıq tenderin nəticələrini açıqlayıb.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC olub. Bu xidmət üçün şirkətə 147,2 min manat ödəniləcək. Müqavilə bir il müddətinə bağlanılıb.
Qeyd edək ki, son iki ildə ARDNF əməkdaşlarının könüllü tibbi sığortası üzrə tenderlərin qalibi “Atasığorta” ASC olub. Həmin dövrdə şirkətə müvafiq olaraq 127,5 min manat və 129,6 min manat məbləğində ödənişlər həyata keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay