Sığorta
07.01.2025 / 13:10
Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2024, yanvar-noyabr
62696
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 694 milyon 53 min manat təşkil edib.
Valyuta.az-ın verdiyi xəbərə görə, bu illik müqayisədə 196 milyon 587 min manat və ya 39,5% çoxdur. 2023-cü ilin müvafiq dövründə Azərbaycanda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 497 milyon 466 min manat təşkil edib.
Cari ilin bəhs olunan dövründə könüllü sığorta üzrə ödənişlər 568 milyon 92 min 500 manat, icbari sığortalar üzrə ödənişlər 125 milyon 960 min 800 manat olub.
2024-cü ilin yanvar-noyabr aylarını əhatə edən sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqini təqdim edirik:
Sığorta növləri | Sığorta ödənişləri (2024, yanvar-noyabr) (min manat) |
Könüllü sığortalar üzrə - cəmi: |
568 092 |
Həyat sığortası üzrə, o cümlədən: |
446 502 |
həyatın yaşam sığortası |
443 469 |
həyatın ölüm halından sığortası |
2 410 |
əmək qabiliyyətinin sığortası |
193 |
sağalmaz xəstəliklərdən sığorta |
429,7 |
Qeyri-həyat sığortası üzrə, o cümlədən: | 121 589 |
Şəxsi sığorta, o cümlədən: |
88 818 |
tibbi sığorta | 88 094 |
xaricə səfər edən vətəndaşların sığortası |
400,4 |
fərdi qəza və xəstəlik sığortası |
323,4 |
Əmlak sığortası, o cümlədən: |
32 771 |
Əmlakın sığortası, o cümlədən: |
32 574 |
hava nəqliyyatı vasitələrinin sığortası |
793,1 |
əmlakın yanğından və digər risklərdən sığortası | 3 501 |
avtonəqliyyat vasitələrinin sığortası |
20 811 |
yüklərin (nəqliyyat) sığortası | 1 674 |
kənd təsərrüfatı heyvanlarının sığortası |
1 131 |
su nəqliyyat vasitələrinin sığortası |
8,5 |
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası |
4 654 |
Mülki məsuliyyətin sığortası, o cümlədən: |
127,6 |
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası | 6,6 |
ümumi mülki məsuliyyətin sığortası |
63,4 |
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
52,7 |
peşə məsuliyyətinin sığortası |
1,8 |
yük daşıyanın mülki məsuliyyətinin sığortası |
3,2 |
kreditlərin sığortası | 69,4 |
İcbari sığortalar üzrə - cəmi: |
125 961 |
Həyat sığortası üzrə | 4 204 |
Qeyri-həyat sığortası üzrə |
121 756 |
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası |
118 382 |
daşınmaz əmlakın icbari sığortası |
2 936 |
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası |
104,6 |
digər icbari sığorta növlər |
332,4 |
YEKUN | 694 053 |
Valyuta.az |
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay