Sığorta
21.10.2024 / 10:54
“Meqa Sığorta”nın rəhbərliyində təyinat olub
57832
“Meqa Sığorta” ASC-nin Audit Komitəsinə yeni sədr seçilib.
Valyuta.az xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Gündüz Rzayev Səməd oğlu A.K.-nin sədri seçilib.
Buna qədər vəzifə vakant idi.
Gündüz Rzayev həmçinin Direktorlar Şurasının üzvüdür.
Qeyd edək ki, Audit Komitəsinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. Audit Komitəsinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur. Bunlar: Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%.
© Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay